Səfirlik: Azərbaycanlı və ermənilər arasında baş vermiş insident təxribatdır
Mayın 9-da Moskvada “Ölümsüz Alay” («Бессмертный полк») hərəkatının yürüşü zamanı bir qrup azərbaycanlı və erməni gəncləri arasında baş vermiş insidentlə bağlı Səfirlik bildirir ki, burada iki millət arasında gərginliyin yaradılması məqsədi ilə təxribat törədilib.
1news.az-a Azərbaycanın Rusiyadakı Səfirliyindən verilən xəbərə görə, hadisə ilə əlaqədar və gələcəkdə bir daha belə halların təkrarlanmaması üçün şəxsən səfir Polad Bülbüloğlu Rusiyanın Xarici İşlər Nazirliyi, Moskva şəhər rəhbərliyi və digər müvafiq federal strukturlarla danışıqlar aparıb.
Eyni zamanda vurğulanıb ki, Səfirlik toqquşma zamanı zərər görmüş soydaşlarımızla əlaqə yaradaraq, onların vəziyyətini nəzarət altında saxlayır.
S.Xankişiyeva
1001