Aydın Mirzəzadə: Müxalifət xarici ölkələri Azərbaycanın daxili işlərinə qarışmağa çağırmaqla məşğuldur | 1news.az | Xəbərlər
Siyasət

Aydın Mirzəzadə: Müxalifət xarici ölkələri Azərbaycanın daxili işlərinə qarışmağa çağırmaqla məşğuldur

15:37 - 06 / 06 / 2017
Aydın Mirzəzadə: Müxalifət xarici ölkələri Azərbaycanın daxili işlərinə qarışmağa çağırmaqla məşğuldur

Məlum olduğu kimi, may ayının 29-da jurnalist Əfqan Muxtarlı Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq Gürcüstandan Azərbaycana gətirilib.

Az sonra isə Dövlət Sərhəd Xidməti və Baş Prokurorluğun mətbuat xidmətləri Əfqan Muxtarlının saxlanılması ilə bağlı birgə məlumat yayıb.

1news.az-a Baş Prokurorluqdan verilən xəbərə görə, Azərbaycan vətəndaşı, 1974-cü il təvəllüdlü Muxtarlı Əfqan Sabir oğlu 29 may 2017-ci il tarixdə saat 22:40-da Balakən rayonu ərazisində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadan nəzarət-buraxılış məntəqələrindən kənarda Gürcüstandan Azərbaycan Respublikasına qanunsuz olaraq keçdikdən sonra qaçmağa cəhd edərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq onlara qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərib və xidmətin əməkdaşları tərəfindən saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən axtarış zamanı Ə.Muxtarlının üzərindən 10 min avro məbləğində nağd pul, “Bank of Georgia ekspress” plastik kartı və digər əşyalar aşkar edilərək götürülüb.

Həmin faktla bağlı 30 may 2017-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 318.1 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və 206.1-ci (Qaçaqmalçılıq) maddələri ilə cinayət işi başlanmış və Ə.Muxtarlı şübhəli şəxs qismində tutulub.

31 may tarixində Ə.Muxtarlı təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 318.1, 206.1 və 315.2-ci ( Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham elan olunmaqla Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Ə.Muxtarlının saxlanılmasından az sonra ermənipərəst qüvvələr Gürcüstan vasitəsilə Azərbaycanın daxili işlərinə müdaxilə etməyə və siyasi proseslərə təsir göstərməyə çalışdılar.

Heç kəsə sirr deyil ki, bəzi xarici anti-Azərbaycan dairələr, xüsusilə də Ermənistan və erməni lobbisi uzun illərdir Gürcüstanla Azərbaycan arasında olan isti münasibətləri pozmağa və iki dost ölkə arasında gərginlik yaratmağa cəhd göstərirlər.

Təsadüfi deyil ki, həmin qüvvələr Gürcüstan ərazisini Azərbaycanın daxili işlərinə müdaxilə məqsədilə plasdarma çevirərək öz çirkin niyyətlərin reallaşdırmağa çalışırlar.

Gürcüstanın ərazisi anti-Azərbaycan qüvvələr, Ermənistan və erməni lobbisi tərəfindən maliyyələşdirilən anti-milli ünsürlərin fəaliyyət meydanına çevrilib və Azərbaycan qarşı istifadə olunmağa başlayıb.

Bununla belə Anti-Azərbaycan qüvvələrin Gürcüstan vasitəsilə Azərbaycanın daxili işlərinə müdaxilə etmək və siyasi proseslərə təsir göstərmək cəhdi iflasa uğradı.

Başqa cür ola da bilməzdi. Çünki hər kəsə yaxşı məlumdur ki, bu gün Azərbaycan Cənubi Qafqaz regionunun və dünyanın ən sabit və təhlükəsiz ölkələrindən biridir. Rəsmi Bakı Ermənistan istisna olmaqla bütün region ölkələri ilə qarşılıqlı maraqlara, əməkdaşlıq və tərəfdaşlıq prinsiplərinə əsaslanan mehriban qonşuluq siyasəti həyata keçirir.

Gürcüstan isə Azərbaycanın strateji tərəfdaşıdır, qlobal enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində yaxından iştirak edən ölkədir. Bundan başqa Gürcüstan və Azərbaycan xalqları, hər iki ölkənin liderləri arasında səmimi dostluq münasibətləri günü-gündən inkişaf etməkdədir.

Azərbaycan və Gürcüstan hakimiyyətləri, hüquq-mühafizə orqanlarının birgə səyləri nəticəsində həmin anti-Azərbaycan şəbəkəsi, onu dəstəkləyən dairələr, maliyyə təminatı və digər bu kimi məsələlər ifşa edilib, bu təxribatçı fəaliyyətin  qarşısının alınması üçün konkret tədbirlər həyata keçirilir.

Jurnalist Əfqan Muxtarlının qeyri-qanuni fəaliyyətinin qarşısının alınması və onun məsuliyyətə cəlb olunması anti-Azərbaycan şəbəkənin əsl simasını açdı, bu prosesin iştirakçılarını ifşa etdi.

Təsadüfi deyil ki, bu gün Ermənistan mediası və erməni lobbisinin təsir dairəsində olan xarici KİV-lər və təşkilatlar Əfqan Muxtarlını ciddi-cəhdlə müdafiə etməyə, Azərbaycanın nüfuzunu ləkələməyə, habelə Gürcüstan hakimiyyətinə təzyiq göstərməyə çalışırlar.

Ermənistan mediası Gürcüstandakı anti-Azərbaycan şəbəkənin dağıdılmasını “Gürcüstanın nüfuzuna xələl gətirən” hal, Azərbaycanın Gürcüstana qarşı “təxribatı” kimi qələmə verməyə cəhd göstərir. Bununla onlar iki ölkə və xalq arasında olan dostluq münasibətlərini pozmaq niyyətlərini güdürlər.

Lakin bu gün həm Gürcüstan hakimiyyəti, həm də bu ölkənin vətəndaşları bütün bunların Azərbaycana qarşı növbəti təxribat oyunu olduğunu görür və təxribata uymurlar. Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlıq və dostluq münasibətlərinə xələl gətirmək istəyən qüvvələr tam əks mənzərə ilə rastlaşır və qərəzli bəyanatlar verməkdən başqa bir iş görə bilmirlər.

Məsələyə münasibət bildirən millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, Ə.Muxtarlının maliyyə maxinasiyalarına və Azərbaycan qanunvericiliyinin kobud şəkildə pozulması hallarına görə, onun təmsil etdiyi siyasi partiyalar və təşkilatlar da cavab verməlidir:

“Əfqan Muxtarlıya konkret ittiham irəli sürülüb. Müxalif düşərgə öz fəallarının xarici ölkə banklarında hansı yollarla vəsait topladığını cəmiyyətə açıqlamaq əvəzinə, absurd fikirlər səsləndirir və faktdan yayınmağa çalışırlar. Ümumilikdə cəmiyyət onların qiymətini kifayət qədər yaxşı bilir. Bu gün cəmiyyətlə işləmək, onun maraqlarına uyğun təkliflər irəli sürmək, vətənpərvər olmaq, Azərbaycanın milli maraqlarından irəli gələrək çıxış etmək əvəzinə, ölkə müxalifəti bir qayda olaraq böhtan atmaqla, xarici ölkələri Azərbaycanın daxili işlərinə qarışmağa çağırmaqla məşğuldur”.

A.Mirzəzadə maliyyə hesabatı verməyən, hesabatları boş olan siyasi partiyaların bağlanmalı olduğunu da bildirib: 

“Necə ola bilər ki, siyasi partiya bir il ərzində heç bir üzvündən üzvlük haqqı almasın, ianə toplamasın? Həmin partiya öz siyasi prinsiplərini necə təbliğ edir, partiya saxlayır, qəzet buraxır, sayt təsis edir? Axı, bu işlərin hər biri maliyyə vəsaiti tələb edir. Ancaq, heç bir maliyyə vəsaiti olmadığını iddia edən siyasi partiyanın funksionerlərinin evindən bank hesabları, xaricdən gələrkən isə üzərlərindən külli miqdarda pul çıxır. Bu pullar onlarda haradandır? Müxalifət bu suala cavab verməlidir. “Siyasi partiyalar haqqında” qanunda müəyyən düzəlişlər edilərək heç bir maliyyə hesabatı göstərməyən partiyalar sadəcə olaraq bağlanmalıdır”.

Sözügedən məsələnin Azərbaycan-Gürcüstan münasibətlərinə mümkün təsirindən də danışan millət vəkili bildirib ki, kimlərinsə vətəndaşı olduğu ölkənin qanunlarını pozmasının iki qonşu ölkənin münasibətlərinə hər hansı bir aidiyyatı yoxdur:

“Bu gün cinayətkarlıq və qanun pozuntusu ancaq milli sərhədlərlə məhdudlaşmır. Eləcə də başqa ölkələrin hüquq-mühafizə orqanları vaxtaşırı Azərbaycan ərazisində öz ölkələrinin hüquq-mühafizə orqanlarından gizlənən insanların yaxalanması üçün əməliyyat aparırlar və bu zaman Azərbaycan hüquq-mühafizə orqanlarından razılıq alınır. Yəni, bu əvvəldən iki ölkənin razılığı əsasında həyata keçirilən məsələlərdir. Kimlərinsə vətəndaşı olduğu ölkənin qanunlarını pozmasının iki qonşu ölkənin münasibətlərinə hər hansı bir aidiyyatı yoxdur”.

1news.az

Paylaş:
1301

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər