Ermənilərin Tərtəri mərmilərdən atəşə tutması nəticəsində daha 6 evə ziyan dəyib | 1news.az | Xəbərlər
Siyasət

Ermənilərin Tərtəri mərmilərdən atəşə tutması nəticəsində daha 6 evə ziyan dəyib

10:36 - 27 / 04 / 2016
Ermənilərin Tərtəri mərmilərdən atəşə tutması nəticəsində daha 6 evə ziyan dəyib

Son bir sutkada ermənilərin cəbhənin Tərtər rayonunun cəbhəboyu kəndlərini atəşə tutması nəticəsində 8 fərdi yaşayış evinə ciddi ziyan dəyib.

1news.az APA-ya istinadən xəbər verir ki, hjrayon İcra Hakimiyyətindən verilən məlumata görə, Yuxarı Qapanlı kəndində 1, Əskipara kəndində 3, Seydimli kəndində 1, Qazyan kəndində 1 evə mərmi düşüb. Mərminin yüksək gərginlikli elektrik xəttini qırması nəticəsində 11 yaşayış məntəqəsinə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Bildirilib ki, erməni hərbi birləşmələrinin cəbhəyanı yaşayış məntəqələrini atəşə tutması yaz səpin işlərini də ləngidir. Əkin sahələri mütəmadi atəşə tutulduğundan sakinlər səpinə başlaya bilmirlər. İndiyədək onlarla hektar əkin sahəsinə saysız mərmi düşüb.

Məlumata görə, ermənilər ötən gecə Tərtərin yaşayış məntəqələrini ağır artilleriya qurğularından atəşə tutublar. Mərmilərdən biri rayonun Yuxarı Qapanlı kənd sakininin həyətinə düşüb. Azad Süleymanovun həyətinə düşən mərmi onun 3 baş heyvanının yaralanmasına səbəb olub.

Tərtər rayon İcra Hakimiyyətindən bildirilib ki, hazırda bu kimi faktlarla bağlı araşdırma aparılır, mərmilərin düşdüyü yerlər müəyyənləşdirilir.

1news.az

Paylaş:
1109

Son xəbərlər

Bütün xəbərlər