Çin Xalq Respublikası ilə mədəni əməkdaşlıq məsələləri müzakirə olunub | 1news.az | Xəbərlər
Mədəniyyət

Çin Xalq Respublikası ilə mədəni əməkdaşlıq məsələləri müzakirə olunub

Qafar Ağayev14:19 - 29 / 04 / 2024
Çin Xalq Respublikası ilə mədəni əməkdaşlıq məsələləri müzakirə olunub

Mədəniyyət naziri Adil Kərimli aprelin 29-da Azərbaycanda səfərdə olan Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Yan Vanminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

1news.az xəbər verir ki, nümayəndə heyətini salamlayan nazir iki ölkə arasında mədəni əlaqələrdən söz açıb.

Bildirilib ki, dövlət başçılarımızın siyasi iradəsi ilə Azərbaycan və Çin Xalq Respublikası (ÇXR) arasında qarşılıqlı etimada əsaslanan etibarlı əlaqələr qurulub. İki ölkənin ildən-ilə genişlənən əlaqələrində mədəni əməkdaşlığın da xüsusi yeri var.

2023-cü ilin sentyabr ayında Çinə səfərini məmnunluqla yada salan Adil Kərimli orada keçirilən görüşlərin əhəmiyyətini qeyd edib, qədim və zəngin Çin mədəniyyətinin onda dərin təəssürat doğurduğunu diqqətə çatdırıb.
Qeyd olunub ki, Heydər Əliyev Fondu ilə Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyası arasında qurulmuş yüksək səviyyəli əməkdaşlıq iki ölkə arasında mədəni əlaqələrin inkişafına da öz böyük töhfəsini verir.
Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Yan Vanmin qəbula görə mədəniyyət nazirinə təşəkkürünü bildirib. Rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə söz açan diplomat Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyası və ÇXR Mədəniyyət Nazirliyinin Heydər Əliyev Fondu və Azərbaycan Mədəniyyət Nazirliyi ilə əlaqələrinin daha da inkişafında maraqlı olduqlarını, bunun iki ölkə arasında əməkdaşlığın dərinləşməsinə öz müsbət təsirini göstərəcəyinə əminliyini ifadə edib.
Söhbət zamanı qarşılıqlı mədəniyyət günlərinin təşkili, mədəni irsin qorunması və təbliği, eləcə də digər sahələrdə əlaqələrin perspektivləri barədə fikir mübadiləsi aparılıb. Qonaq diplomat bu il növbəti dəfə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının Sammiti ərəfəsində Azərbaycan Mədəniyyəti Günlərinin gerçəkləşdirilməsi təklifini səsləndirib.
Görüşdə ÇXR-in ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Din Tao da iştirak edib.

Paylaş:
409

Son xəbərlər

Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edibBu gün, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıbBu gün, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyubBu gün, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİBBu gün, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİBBu gün, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİBBu gün, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİBBu gün, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyubBu gün, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTOBu gün, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulubBu gün, 15:39“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTOBu gün, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİBBu gün, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEOBu gün, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edibBu gün, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyubBu gün, 13:43Bakıda usta işlədiyi evlərdən oğurluq etdiyi üçün saxlanılıbBu gün, 13:25Kamaləddin Qafarov: “Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək”Bu gün, 13:10AMEA-nın loqosu dəyişdi - FOTOBu gün, 13:02Bazar günü hava necə olacaq? - PROQNOZBu gün, 12:55
Bütün xəbərlər