STM ilə Türkiyənin beyin mərkəzlərindən olan “Divan” arasında memorandum imzalanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

STM ilə Türkiyənin beyin mərkəzlərindən olan “Divan” arasında memorandum imzalanıb

Qafar Ağayev12:19 - 03 / 05 / 2024
STM ilə Türkiyənin beyin mərkəzlərindən olan “Divan” arasında memorandum imzalanıb

Türkiyənin nüfuzlu beyin mərkəzlərindən olan “Divan Araştırma ve Eğitim Derneği”nin nümayəndə heyəti və Nevzat Kocasaraç STM rəhbərliyi ilə görüşüb.

1news.az xəbər verir ki, Görüş zamanı STM sədri Zahid Oruc qonaqlara Mərkəzin fəaliyyəti, keçirdiyi sorğular, araşdırmalar barədə məlumat verib. Bildirib ki ki, bu günə qədər də Türkiyənin beyin mərkəzləriylə görüşlər keçirilib, əməkdaşlıqlar müzakirə olunub. O, vurğulayıb ki, birgə fəaliyyət göstəriləcək bir çox istiqamətlər var.

Mərkəz rəhbəri qeyd etdi ki, fikir və düşüncə sistemimizi özümüz inşa etməliyik. Bu baxımdan aparılan araşdırmaların, yazılan məqalələrin Türkiyə mediasında da dərc olunmasında fayda var və bu halda türk, türk dünyasına aid məsələləri gündəmdə saxlamaq mümkündür.

Zahid Oruc Vətən Müharibəsində qələbəmizin önəmindən də söz açıb. Deyib ki, qələbənin qorunması daha çox güc tələb edir və bu baxımdan əməkdaşlığa, birgə çalışmalara gərək var. Bildirdi ki, iki qardaş dövlətin informasiya və siyasi məkanlarının birləşdirilməsinə, düşüncə, fikir adamlarının daha çox tanıdılmasına ehtiyac var.

Görüşdə qurumun təmsilçisi, başqan vəkili Mərkəzin işləri, tədbirləri barədə ətraflı məlumat verib. Qeyd edib ki, Mərkəz 20 ildir fəaliyyət göstərir və daha çox insan reusurslarının formalaşdırılmasına üstünlük verirlər. Eyni zamanda, insan hüquqlarıyla bağlı da ortaq çalışmaların reallaşdırıla biləcəyini söylədi. Beyin mərkəzlərinin önəmini qeyd edən qonaq əməkdaşlıqları artırmağın faydasını qabartdı.

Görüşdə bildirildi ki, iki dövlətin əlaqələrinin ən yüksək mərhələdə olduğu bir zamanda iki Mərkəzin əməkdaşlığı önəmli işlərə vəsilə ola bilər.

Mərkəz rəhbərləri razılığa gəlib ki, araşdırma hesabatlarının hazırlanmasında, spesifik fəaliyyət sahələrində, durum analizlərinin hazırlanmasında, ortaq məsələlərə dair sosioloji çalışmalarda əməkdaşlıq edilsin.

Sonda “Divan Araşdırma Mərkəzi ilə ”Sosial Tədqiqatlar Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb.

Paylaş:
389

Son xəbərlər

Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edibBu gün, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıbBu gün, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyubBu gün, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİBBu gün, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİBBu gün, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİBBu gün, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİBBu gün, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyubBu gün, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTOBu gün, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulubBu gün, 15:39“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTOBu gün, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİBBu gün, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEOBu gün, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edibBu gün, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyubBu gün, 13:43Bakıda usta işlədiyi evlərdən oğurluq etdiyi üçün saxlanılıbBu gün, 13:25Kamaləddin Qafarov: “Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək”Bu gün, 13:10AMEA-nın loqosu dəyişdi - FOTOBu gün, 13:02Bazar günü hava necə olacaq? - PROQNOZBu gün, 12:55
Bütün xəbərlər