Neftçilərə yeni mənzillər təqdim edilib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Neftçilərə yeni mənzillər təqdim edilib - YENİLƏNİB

14:18 - 04 / 05 / 2024
Neftçilərə yeni mənzillər təqdim edilib - YENİLƏNİB

Bu gün iqtisadiyyat naziri, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının sədri Mikayıl Cabbarov, SOCAR-ın prezidenti Rövşən Nəcəf və Müşahidə Şurasının üzvləri şirkətin “Neftçi” mənzil-tikinti kooperativi tərəfindən inşa olunan yaşayış kompleksində görülən işlərlə tanış olublar.

1news.az-ın SOCAR-a istinadən verdiyi məlumata görə, Bakının Səbail rayonunda Bibiheybət ərazisində yerləşən yaşayış kompleksində tikinti işlərinə 2020-ci ildə başlanılıb. Yaşayış kompleksində ümumilikdə 676 mənzildən ibarət səkkiz binanın inşası nəzərdə tutulub.

2023-cü ildə inşası tamamlanmış 17 mərtəbəli iki binada birotaqlı, ikiotaqlı və üçotaqlı olmaqla, ümumilikdə 252 mənzil var. Mənzillər tam təmir olunub, kommunal xidmətlərlə təchiz edilib. Kompleksdə digər altı binanın inşası davam edir.

Müşahidə Şurasının üzvləri və sakinlər arasında keçirilən görüşdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən neft-qaz sənayesi işçilərinin sosial təminatı və mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasının daim diqqət mərkəzində saxlanıldığını vurğulanıb. Neftçilərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyi qeyd edilib.

Ötən il mənzil növbəsində olan SOCAR əməkdaşları arasında inşası tamamlanmış binalardakı evlərin bölgüsü aparılıb. Yeni mənzil sahibləri arasında birinci və ikinci Qarabağ müharibələrində iştirak etmiş SOCAR əməkdaşları da var.

Tədbirdə evlərin sənədləri sahiblərinə təqdim edilib. Yeni ev sahibi olan əməkdaşlar mənzil şəraitlərinin yaxşılaşdırılması istiqamətində göstərilən dəstəyə görə təşəkkür ediblər.

Daha sonra tədbir iştirakçıları yaradılmış şəraitlə tanış olmaq məqsədilə mənzillərdə olublar.

13:47

Ölkənin iqtisadi qüdrətinin artırılmasına töhfə verən neftçilərin rifahının yüksəldilməsi dövlətin sosial siyasətində mühüm yer tutur.

1news.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının sədri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

“SOCAR-ın prezidenti, həmkarım Rövşən Nəcəf və Müşahidə Şurasının üzvləri ilə birlikdə "Neftçi" mənzil-tikinti kooperativi tərəfindən inşa edilən yaşayış kompleksində görülən işlərlə tanış olduq və yeni mənzil sahiblərinə çıxarışları təqdim etdik. Neftçi ailələrinin hər birinin sevincinə şərik olur, onlara bu mənzillərdə firavan həyat və xoş günlər diləyirik”,- deyə nazir qeyd edib.

Paylaş:
288

Son xəbərlər

Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edibBu gün, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıbBu gün, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyubBu gün, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİBBu gün, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİBBu gün, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİBBu gün, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİBBu gün, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyubBu gün, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTOBu gün, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulubBu gün, 15:39“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTOBu gün, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİBBu gün, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEOBu gün, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edibBu gün, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyubBu gün, 13:43Bakıda usta işlədiyi evlərdən oğurluq etdiyi üçün saxlanılıbBu gün, 13:25Kamaləddin Qafarov: “Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək”Bu gün, 13:10AMEA-nın loqosu dəyişdi - FOTOBu gün, 13:02Bazar günü hava necə olacaq? - PROQNOZBu gün, 12:55
Bütün xəbərlər