Kamaləddin Qafarov: “Bu gün Şuşanın yeni tarixi yazılır” | 1news.az | Xəbərlər
Siyasət

Kamaləddin Qafarov: “Bu gün Şuşanın yeni tarixi yazılır”

12:42 - 12 / 05 / 2024
Kamaləddin Qafarov: “Bu gün Şuşanın yeni tarixi yazılır”

“İşğaldan azad olunmuş Şuşa ilk sakinlərini bütün Azərbaycan xalqı üçün son dərəcə əlamətdar bir gündə qəbul etdi.

May ayının 10-da, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü günündə Ölkə Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər. Bu gözəl tarixi hadisə münasibətlə şuşalıları təbrik edən dövlət başçısı sakinlər qarşısında çıxış edərək bir daha bildirdi ki, 2003-2020-ci illər ərzində torpaqlarımızı işğaldan azad etmək və bütün keçmiş köçkünləri öz doğma yurdlarına qaytarmaq üçün ciddi hazırlıq işləri aparıldı, ölkənin iqtisadiyyatı gücləndirildi, möhtəşəm ordu potensialı yaradıldı. Torpaqlarımızı öz canı-qanı bahasına azad edən gənc nəsil yetişdirildi. Azərbaycan xalqı göstərdiyi misilsiz qəhrəmanlıq və fədakarlıq sayəsində bütün dünya xalqlarının hörmətini qazanıb.” Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat Prezident İlham Əliyevin uzun illər ərzində torpaqlarımızın işğaldan sülh yolu ilə azad olunması üçün bütün vasitələrdən istifadə etdiyini xatırladıb: “Ermənilər hesab edirdilər ki, onlar Azərbaycan torpaqlarını əbədi işğalda saxlaya biləcəklər. Onlarda bu əminliyin yaranmasında ermənilərin havadarlarının, daha dəqiq desək, Cənubi Qafqazda öz maraqları naminə Ermənistanı marionet ölkə kimi yönəldən qüvvələrin də böyük rolu olmuşdu. Lakin nə onların təhrikləri, nə də ermənilərin öz “məğlubedilməzlikləri” barədə miflərə inanmaları nəticə verdi. Bütün Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşdi və öz haqqını döyüş meydanında bərpa etdi. Vətən müharibəsinin gedişində məhz Şuşanın azad edilməsi müstəsna əhəmiyyət kəsb edən qələbə oldu. Dövlət başçımızın dediyi kimi, bu qələbə düşmənin belini qırdı. Məhz Şuşanın azad edilməsindən sonra ermənilər anladılar ki, daha müqavimət göstərmək iqtidarında deyillər və ondan sonra, 2020-ci il noyabrın 10-da səhər saatlarında Ermənistan kapitulyasiya aktına imza atdı və müharibə dayandı.”

K.Qafarov bir faktı da qeyd edib ki, Prezident İlham Əliyev Şuşasız qələbəmizin tam olmayacağı fikrini daim ön plana çəkirdi: “Dövlət başçımız Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində davamlı olaraq dünyanın aparıcı media qurumlarına müsahibələr verirdi. Bu müsahibələrdən birinin gedişində cənab Prezident qəti və birmənalı olaraq bildirdi ki, Şuşasız bizim işimiz yarımçıq qalacaq. Artıq bundan sonra hər kəs anladı ki, Şuşa azad olunmadan hərbi əməliyyatlar dayanmayacaq. Şuşasız müharibənin uğurla başa çatması mümkün deyildi. Daha sonra- keçən ilin sentyabr ayında Azərbaycan heç bir kənar qüvvə ilə hesablaşmadan keçirdiyi antiterror əməliyyatı nəticəsində öz tarixi, əzəli torpaqlarını işğalçılardan azad etdi. Dünya bir daha dövlətimizin gücünü, Azərbaycan Prezidentinin yenilməz siyasi iradəsini gördü. Bununla da Azərbaycan öz dövlət suverenliyini tam bərpa etdi. Bu gün Şuşanın yeni tarixi yazılır. Bu gün bütün dünya cənab Prezident İlham Əliyevin 2020-ci il noyabrın 8-də xalqa etdiyi müraciətində Şuşanın dirçəldiləcəyi barədə dediyi sözlərin necə gerçəkliyə çevrildiyinin şahididir”.

Paylaş:
225

Son xəbərlər

Son 5 ayda pensiya ödənişlərinə yönəldilən vəsaitin məbləği açıqlanıbBu gün, 11:19FHN-dən taxıl biçini mövsümü ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə MÜRACİƏT - VİDEOBu gün, 10:52Azərbaycan neftinin qiyməti bahalaşıbBu gün, 10:34Ölkə ərazisində 39 dərəcəyədək isti olub - Faktiki havaBu gün, 10:14Qusarda qəbirləri dağıtmaqda şübhəli bilinən şəxs həbs olunubBu gün, 09:43Bakıda “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” Qlobal Sammiti işə başlayıbBu gün, 09:37Hacıqabulda altı fermadan oğurluq edilib - Şübhəli bilinənlər saxlanılıbBu gün, 09:00Bakıda Üçüncü Piano Festivalının açılışı olub17 / 06 / 2024, 17:49Türkiyə meşə yanğınlarının monitorinqində süni intellektdən istifadə edir17 / 06 / 2024, 17:28Macar parlamentarilər Milli Məclisdə olublar17 / 06 / 2024, 17:06Ceyhun Bayramov Hakan Fidanla TDT-nin Şuşa sammitinə hazırlığı müzakirə edib17 / 06 / 2024, 16:34Milli Məclisin sabiq deputatı vəfat edib17 / 06 / 2024, 16:14Bakının iki rayonunda su kəsiləcək17 / 06 / 2024, 15:51Çaylardan daşqın, sel keçəcək - XƏBƏRDARLIQ17 / 06 / 2024, 14:52Ağdamda 10 tüfəng polisə təhvil verilib17 / 06 / 2024, 14:31Qəbələdə yol qəzasına düşən xarici vətəndaşların son durumu açıqlanıb17 / 06 / 2024, 13:25Sabah 39 dərəcə isti olacaq - Proqnoz17 / 06 / 2024, 13:03Macar parlamentarilər Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər17 / 06 / 2024, 12:48Ziya Bünyadov prospektində qəza sıxlığa səbəb oldu17 / 06 / 2024, 12:20Son beş ayda əlilliyi olan şəxslərə verilən reabilitasiya vasitələrinin sayı açıqlandı17 / 06 / 2024, 12:09
Bütün xəbərlər