Bu gün Yer Kürəsi Günüdür | 1news.az | Xəbərlər
Dünya

Bu gün Yer Kürəsi Günüdür

15:49 - 20 / 03 / 2024
Bu gün Yer Kürəsi Günüdür

Bütün dünyada martın 20-də BMT-nin təşəbbüsü ilə Yer Kürəsi Günü qeyd olunur.

1news.az xəbər verir ki, beynəlxalq bayramların təqvimində iki Yer Kürəsi Günü var – birincisi bu gün - yaz gecə-gündüz bərabərliyi günündə - martın 20-21-də, ikincisi isə aprelin 22-də qeyd olunur. Birincisi sülhməramlı və humanist yönümlü, ikincisi isə ekoloji yönümlüdür.

Martın 20-nin 1971-ci ildə BMT tərəfindən Yer Kürəsi Günü seçilməsi yaz gecə-gündüz bərabərliyi günündə planetin bioloji ritminin dəyişməsi, təbiətin oyanıb özünü yenilədiyi zaman öz inkişafının yeni mərhələsinə qədəm qoyması ilə əlaqədardır. BMT-nin müraciətində deyilir: “Yer Kürəsi Günü bütün insanların diqqətini Yer planetini onların ümumi evi kimi dərk etməyə, bütün yer üzünün birliyini və bir-birimizdən qarşılıqlı asılılığı hiss etməyə yönəltmək məqsədi daşıyan xüsusi gündür”.

Bu günün yaradıcısı 1840-cı illərdə ölkənin hər bir vətəndaşının ətraf mühitə hörmətlə yanaşması proqramı çərçivəsində ağac və kol əkmək kampaniyasına başlayan məşhur Amerika ictimai xadimi Con Morton hesab olunur. 1872-ci ildə o, Nebraska ərazisinin katibi olanda abadlıq işlərinə həsr olunmuş bir gün təklif etdi. Dərhal çox populyarlaşan həmin gün Ağac Günü adlandırıldı.

İlk gün ərzində ştatın sakinləri bir milyona yaxın ağac əkiblər və onların təşəbbüsü tezliklə ictimai hərəkata çevrilib. 1970-ci ildən başlayaraq bayramın mənası ətraf mühitin mühafizəsi ilə bağlı ümumi ideyaya qədər genişlənib və yeni bir ad - Yer Kürəsi Günü meydana çıxıb. Bu isə milli səviyyədə qeyd olunub. 1971-ci ildə BMT həmin bayramı rəsmi olaraq qəbul etdi və sonradan qloballaşan həmin tarix ildən-ilə daha çox beynəlxalq dəstək aldı.

Dünyanın müxtəlif yerlərində bu gün ətraf mühitin mühafizəsi və yaxşılaşdırılması üçün keçirilən ən məşhur tədbirlər arasında ekoloji sərgi və festivallar, marafonlar və təbiət konfransları, şəhərlərdə küçə və ərazilərin təmizlənməsi, ağacların əkilməsi və sıx küçələrdə nəqliyyatın dayandırılması, mədəni tədbirlər, konsertlər yer alır.

Onu da qeyd etmək lazımdır ki, formalaşmış ənənəyə görə, hər il Yer Kürəsi Günündə ölkələrin böyük əksəriyyətində dinc həyatın, bütün xalqların dostluğunun və həmrəyliyinin simvolu olan Sülh Zəngi birdəqiqəlik çalınır. Bu, mədəniyyəti və bəşəriyyətin ən yaxşı nailiyyətlərini qorumaq naminə fəaliyyətə çağırışdır. Həmin mərasimin mənası ondan ibarətdir ki, bu dəqiqə ərzində insanlar planeti necə qoruyub saxlamaq, ondakı həyatı necə yaxşılaşdırmaq, özlərini sakin və Yer kürəsinin bir hissəsi kimi hiss etmək barədə düşünürlər.

Yer Kürəsi Gününün, həmçinin planetimizin kosmosdan çəkilmiş ilk fotoşəkillərindən birini təsvir edən öz bayrağı var. Bu, yalnız birgə səylərlə Yer kürəsində qlobal ekoloji və sosial problemləri həll edə biləcəyimizi dərk etməyin əlamətidir. Təsadüfi deyil ki, bu bayram kosmonavtlar tərəfindən fəal şəkildə dəstəklənir. Axı planetimizin nə qədər gözəl və müdafiəsiz olduğunu, onun hamımızın diqqətli rəftarına necə ehtiyacı olduğunu dünyaya ilk dəfə onlar çatdırıblar...

Xəbəri sosial şəbəkələrdə paylaşın

Paylaş:
644

Sizin üçün xəbərlər

Son xəbərlər

Beyləqanın icra başçısı vəzifəsindən azad edilibBu gün, 13:0339 dərəcəyədək isti olacaq - Sabahın havasıBu gün, 12:39COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştləri təsdiqləndiBu gün, 12:33Prezident İlham Əliyev Ümumdünya Ticarət Təşkilatının baş direktorunu qəbul edibBu gün, 12:24Yol Polisi avtonəqliyyat vasitələri ilə səyahət turları təşkil edən şəxslərə müraciət edibBu gün, 12:14TÜRKPA-ya sədrlik Türkiyədən Azərbaycana keçibBu gün, 12:00“Azərişıq” enerji doldurma məntəqələri quraşdırırBu gün, 12:00Azərbaycan Prezidenti Qırğızıstanın Joqorku Keneşinin sədrini qəbul edibBu gün, 11:30Mayda xaricdə təhsil alan 55 nəfərin diplomu tanınmayıb - SƏBƏBBu gün, 11:15Agentlik: 60 yaşdan yuxarı müəllimlər sertifikasiyadan keçməsələr, müqavilələri uzadılmayacaqBu gün, 11:12İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edibBu gün, 11:09İyunun 5-də polis itkin düşmüş kimi axtarışda olan 10 nəfəri tapıbBu gün, 10:48Daşkəsəndə Birinci Qarabağ müharibəsinin şəhidi Ədalət Abbasovla vida mərasimi keçirilirBu gün, 10:44FHN Abşeronda bir müəssisənin faəliyyətini dayandrdı - FOTO - VİDEOBu gün, 10:35DTX ilə bağlı Fərmanda dəyişiklik edilibBu gün, 10:33Ötən gün könüllü təhvil verilən silahların sayı açıqlandıBu gün, 09:46AMB 6 iyuna olan valyuta məzənnələrini açıqladıBu gün, 09:20BƏƏ Prezidenti COP29 Zirvə toplantısında iştirak üçün Azərbaycana dəvət edilibBu gün, 09:05Bakının bəzi yollarında tıxac yaranıb - SİYAHIBu gün, 09:00Sevinc Fətəliyeva: Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində önəmli rol oynayır05 / 06 / 2024, 19:20
Bütün xəbərlər