79 saylı İmişli Seçki Dairəsində 5 məntəqənin nəticələri ləğv olundu | 1news.az | Xəbərlər
Siyasət

79 saylı İmişli Seçki Dairəsində 5 məntəqənin nəticələri ləğv olundu

17:29 - 18 / 02 / 2020
79 saylı İmişli Seçki Dairəsində 5 məntəqənin nəticələri ləğv olundu

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 79 saylı İmişli Seçki Dairəsindən namizədlər İlqar Hüseynli, Murad Fərzəliyev və İltizam Əkbərlinin şikayətinə baxılıb.

1news.az xəbər verir ki, MSK üzvü Bəxşeyiş Əsgərov bildirib ki, şikayətlər eyni məğzi əhatə etdiyindən bir əsasda birləşdirilib: “Müraciətlərdə çoxlu sayda videogörüntü, protokol, akt MSK-ya təqdim edilib. Araşdırma zamanı namizədlər MSK-da olub. Gecə saatlarına qədər biz onlarla araşdırma aparmışıq. Aparılan araşdırma nəticəsində iki məntəqə üzrə seçki qanunvericiliyinin pozulmasını müşahidə etmişik. 14 saylı və 23 saylı məntəqədə keçirilən səsvermənin seçicilərin iradəsini əks etdirmədiyi məlum olub. Seçki məntəqələrində əsas mübahisələndirilən məsələ protokolların namizədlərə verilməməsidir. Murad Fərzəliyev isə 43 seçki məntəqəsinin 37-dən protokolları əldə edə bilib. O, şikayətə əlavə olaraq, 19, 20, 21 saylı məntəqələrdə də seçkinin nəticələrini araşdırmağı xahiş edib. Ekspert Qrupu sosial şəbəkədə yayılan və veb-kameralardakı görüntüləri də araşdırıb, 14, 16, 21, 23 və 25 saylı məntəqələrdə səsvermənin nəticələri etibarsız hesab edilib”.

MSK müzakirələrdən sonra 14, 16, 21, 23, 25 saylı seçki məntəqəsində səsvermənin nəticələrini etibarsız hesab edib və şikayətləri qismən təmin edib.

Qeyd edək ki, 79 saylı İmişli Seçki Dairəsi üzrə lider namizəd Razi Nurullayevdir.

1news.az

Paylaş:
942

Son xəbərlər

Buraxılış imtahanının nəticələri açıqlanıbBu gün, 13:19Beynəlxalq axtarışa verilmiş daha 4 şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:5327 dərəcəyədək isti olacaq - Sabahın havasıBu gün, 12:45Milli İnsan Resursları Forumunun proqramı bəlli oldu!Bu gün, 12:41Qarabağ Universitetində doktorantura təhsil pilləsi yaradılıbBu gün, 12:30Paytaxtın abad məhəllələrində mini futbol yarışlarına start verilibBu gün, 12:18Azərbaycan və Türkiyə arasında hərbi informasiya sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparılıbBu gün, 11:44Hesabatlılıqdan yayınan provayderlər cərimələnibBu gün, 11:31Kamran Əliyev Sabunçuda vətəndaşları qəbul edəcəkBu gün, 11:19Masazırda evdən 85 min manatlıq qızıl oğurlanıbBu gün, 11:08Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyubBu gün, 10:35Bayram günlərində respublika ərazisində baş verən qəzaların sayı açıqlanıbBu gün, 10:20Bakıda təkər satışı və təmiri mərkəzində yanğın təhlükəsizliyi tələbləri kobud şəkildə pozulub - FOTO - VİDEOBu gün, 10:19Ölkəmizdə Beynəlxalq Əmlak və İnvestisiya Zirvəsi keçiriləcək!Bu gün, 10:15Əlahiddə Ümumqoşun Ordunun istismarda olan avtomobil texnikalarına texniki baxış keçirilib - FOTOBu gün, 10:02Mədəniyyət Nazirliyinin “Yaradıcı müzakirələr” layihəsi davam edirBu gün, 09:59TƏBİB sürücülərə müraciət etdi - “Yol ver, həyat qurtar!”Bu gün, 09:49Cəbrayılda minalar aşkarlanıbBu gün, 09:36Ədliyyə Nazirliyi Gənclər Mərkəzi İctimai Birliyinin yeni sədrini təsdiq etdiBu gün, 09:32ADY: Dəmiryol keçidlərində sürücü diqqətsizliyi bu gün iki qəzaya səbəb olub - FOTOBu gün, 09:23
Bütün xəbərlər