ABŞ Heritage Fondu: Azərbaycandan Türkmən qazı Avropaya nəql edilməlidir | 1news.az | Xəbərlər
Siyasət

ABŞ Heritage Fondu: Azərbaycandan Türkmən qazı Avropaya nəql edilməlidir

14:00 - 02 / 06 / 2020
ABŞ Heritage Fondu: Azərbaycandan Türkmən qazı Avropaya nəql edilməlidir

ABŞ-ın ən tanınmış düşüncə mərkəzlərindən olan Heritage Fondu (Heritage Foundation) G7 (Böyük Yeddilər) Sammiti öncəsi ABŞ Prezidenti.

Donald Trampın dünya liderləri ilə müzakirə etməli və siyasi dəstək almalı məsələlərin siyahısını hazırlayıb.

Heritage Fondu qeyd edir ki, Böyük Yeddilərlə görüş zamanı ABŞ Prezidenti Donald Tramp Trans-Xəzər Boru Kəməri, o cümlədən Cənub Qaz Dəhlizi layihələrinə dünya liderlərindən siyasi dəstək almalıdır.

1news.az-ın diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, bu addımı Azərbaycanın təşəbbüskarı olduğu enerji siyasətinin uğuru adlandırmaq olar.

Cənub Qaz Dəhlizi Azərbaycan qazının Cənubi Qafqaz Boru Kəməri vasitəsilə Türkiyə sərhədinə, TANAP kəməri vasitəsilə Türkiyədən Avropa sərhədinə, TAP layihəsi vasitəsi ilə Adriatik dənizindən keçərək Avropaya nəqlini nəzərdə tutur. Azərbaycan bu layihənin təşəbbüskarı və əsas lokomotividir.

Trans-Xəzər Boru Kəməri isə Türkmənistan qazının Azərbaycana, Azərbaycandan isə Cənub Qaz Dəhlizi ilə Avropaya ixracını nəzərdə tutur.

Bu layihələrin ABŞ Prezidenti tərəfindən Avropa liderləri qarşısında qaldırılması bir daha Azərbaycanın dünya miqyasında önəmini gündəmə gətirmiş olur.

Layihələr Azərbaycan qazının Avropaya ixracatı, eyni zamanda Azərbaycanın enerji koridoruna çevrilərək tranzitdən əldə etdiyi gəlirlərin artması baxımından müstəsna əhəmiyyət kəsb edir.

Məlumat üçün bildirək ki, hal-hazırda Heritage Fondu dünyanın ən nüfuzlu düşüncə mərkəzidir. Bu fond Tramp Administrasiyası üzərində böyük nüfuza malikdir və verdiyi təkliflərin 80 faizi indiki ABŞ höküməti tərəfindən gerçəkləşdirilib.

S.Xankişiyeva

 

Paylaş:
868

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər