ABŞ-ın daha 4 şəhərində “Azərbaycan Milli Günü” elan edildi – FOTO | 1news.az | Xəbərlər
Siyasət

ABŞ-ın daha 4 şəhərində “Azərbaycan Milli Günü” elan edildi – FOTO

10:51 - 28 / 05 / 2020
ABŞ-ın daha 4 şəhərində “Azərbaycan Milli Günü” elan edildi – FOTO

ABŞ-ın Las-Veqas, Honolulu, San Dieqo və Monterey şəhərləri 28 may tarixini “Azərbaycan Milli Günü” elan ediblər.

Bu barədə 1news.az-a Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.

Qeyd olunub ki, bununla bağlı Las-Veqas, Honolulu və Monterey şəhərlərinin merləri, San Dieqo Şəhər Şurası, eləcə də San Dieqo Vilayətinin Məşvərətçilər Şurası tərəfindən müvafiq bəyannamələr imzalanıb.

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğuna göndərilən bəyannamələrdə Azərbaycan xalqının 28 may 1918-ci il tarixində müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı, həmin respublikanın qısa müddətdə böyük sayda mütərəqqi islahatlara imza atdığı, nəinki müsəlman dünyasında ilk dəfə, eləcə də dövrün bir sıra qabaqcıl dövlətlərindən də öncə qadınlara səsvermə hüququ verdiyi vurğulanıb. Həmçinin bu respublikanın ABŞ və digər demokratik dövlətlər tərəfindən tanındığı qeyd olunub.

Sənədlərdə Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra ABŞ-ın ölkəmizi tanıyan və onunla diplomatik münasibətlər quran ilk dövlətlərdən biri olduğu bildirilib. Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra öz suverenliyini və müstəqilliyini gücləndirdiyi, dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrildiyi, bu gün regionun ən böyük iqtisadiyyata malik ölkəsi və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu vurğulanıb.

Bəyannamələrdə həmçinin ABŞ daxil olmaqla, bütün dünyada yaşayan milyonlarla azərbaycanlının 28 may tarixini Azərbaycanın Milli Bayramı kimi qeyd edərək öz əcdadlarının ətraf regionlarda, o cümlədən Mərkəzi Asiya və Yaxın Şərq regionlarında demokratiyanın yayılmasına verdiyi töhfələri xatırladığı bildirilib.

Bəyannamələrin sonunda 28 may tarixi Las-Veqas (Nevada ştatının ən böyük şəhəri), Honolulu (Havay ştatının paytaxtı), San Dieqo (Kaliforniya ştatının ikinci ən böyük şəhəri) və Monterey (Kaliforniya ştatı) şəhərlərində “Azərbaycan Milli Günü” elan edilib və bütün şəhər sakinləri bu bayramı qeyd etməyə dəvət olunub.

S.Xankişiyeva

 

Paylaş:
846

Son xəbərlər

“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİBBu gün, 11:55Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35
Bütün xəbərlər