ABŞ Konqresində 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bəyanatlar verilməkdə davam edir | 1news.az | Xəbərlər
Siyasət

ABŞ Konqresində 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bəyanatlar verilməkdə davam edir

09:39 - 21 / 01 / 2020
ABŞ Konqresində 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bəyanatlar verilməkdə davam edir

20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı ABŞ Konqresində növbəti bəyanat verilib. ABŞ Konqresinin nüfuzlu Xarici Məsələlər Komitəsinin üzvü Robert Aderholt faciə ilə bağlı bəyanatla çıxış edib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən 1news.az-a verilən məlumata görə, bəyanatda bildirilir ki, bu ay bizim dost və müttəfiqimiz Azərbaycan Respublikası “Qara Yanvar” hadisəsinin 30 illiyini qeyd edir. Diqqətə çatdırılır ki, bu hadisə, 20-ci əsr ərzində davam etmiş işğalın, yəni Azərbaycan üzərində Sovet idarəçiliyinin sonunun başlanğıcı kimi simvolizə olunur.

Bəyanatda həmçinin məlumat verilir ki, 19-20 yanvar 1990-cı il tarixində Azərbaycanın paytaxtı Bakı şəhərində zorakılıq zamanı Sovet ordusu 100-dən çox Azərbaycanlı nümayişçini qətlə yetirib, 700 nəfər isə yaralanıb. Sovet hərbçilərinin zorakılığına baxmayaraq, Azərbaycan əhalisi dinc etirazını 1991-ci il 18 oktyabr tarixində SSRİ-dən müstəqilliyini elan edənə qədər davam etdirib.

Konqresmen Aderholt bəyanatında həmkarlarına səslənərək Azərbaycanda “Qara Yanvar” faciəsinin və azadlıq uğrunda canlarından keçmiş insanların xatirəsinin yad edilməsinə çağırıb, ABŞ-ın müttəfiq və tərəfdaşı Azərbaycanın yanında olduğunu xüsusi vurğulayıb.

Bəyanatla https://www.congress.gov/116/crec/2020/01/16/CREC-2020-01-16-pt1-PgE52-2.pdf internet səhifəsində tanış ola bilərsiz.

S.Xankişiyeva

 

Paylaş:
651

Son xəbərlər

Bakı üzrə bu 9 məktəbli maksimum nəticə göstərib - FOTOBu gün, 15:49Təbiətə qayğı: “McDonald's Azərbaycan” internat məktəbi şagirdləri üçün ekoloji layihəyə start verir - FOTOBu gün, 15:41Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edildiBu gün, 15:32Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilibBu gün, 15:22Bakıda mənzildə meyit aşkarlandıBu gün, 15:02FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar müraciət edibBu gün, 14:48Mərkəzi Çağırış Komissiyasının iclası keçirilibBu gün, 14:06“Hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum səmərə götürək”Bu gün, 14:03Türkiyə–Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu təsdiq edilib - FƏRMANBu gün, 14:02Prezident Dövlət Reklam Agentliyinə yeni sədr təyin etdiBu gün, 13:56Aydın İbadov Dövlət Reklam Agentliyinin sədri vəzifəsindən azad edilibBu gün, 13:55İlham Əliyev: Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti varBu gün, 13:5339 nəfər buraxılış imtahanında 300 bal toplayıbBu gün, 13:39Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub, çıxış edib - FOTO - YENİLƏNİBBu gün, 13:36Buraxılış imtahanının nəticələri açıqlanıbBu gün, 13:19Beynəlxalq axtarışa verilmiş daha 4 şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:5327 dərəcəyədək isti olacaq - Sabahın havasıBu gün, 12:45Milli İnsan Resursları Forumunun proqramı bəlli oldu!Bu gün, 12:41Qarabağ Universitetində doktorantura təhsil pilləsi yaradılıbBu gün, 12:30Paytaxtın abad məhəllələrində mini futbol yarışlarına start verilibBu gün, 12:18
Bütün xəbərlər