ADA Universiteti Azərbaycanın işğaldan azad olunmuş əraziləri ilə bağlı layihə həyata keçirəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

ADA Universiteti Azərbaycanın işğaldan azad olunmuş əraziləri ilə bağlı layihə həyata keçirəcək

13:18 - 23 / 01 / 2021
ADA Universiteti Azərbaycanın işğaldan azad olunmuş əraziləri ilə bağlı layihə həyata keçirəcək

Azərbaycan Ali Baş Komandanın rəhbərliyi altında Vətən müharibəsində qalib gələrək tarixi uğura imza atıb. Bu tarixi uğur, eyni zamanda, ölkəmizin gələcək inkişafı üçün yeni bir dövrün başlanğıcıdır. Məhz buna görə də, işğaldan azad edilmiş torpaqlarımızın bərpası və həmin yerlərdə hərtərəfli inkişafın təmin edilməsi prioritet vəzifələrdən biridir.

1news.az xəbər verir ki, işğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin mərkəzləşdirilmiş qaydada həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Əlaqələndirmə Qərargahı yaradılıb. Qərargahın nəzdində müxtəlif işçi qruplarından ibarət İdarələrarası Əlaqələndirmə Mərkəzi fəaliyyət göstərir.

Bu işçi qruplarından biri olan Akademik və Təhsil məsələləri üzrə İşçi Qrupunun əsas fəaliyyət istiqaməti işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması prosesi ilə bağlı elmi tədqiqatların və təhlillərin aparılmasıdır. İşçi qrupu müxtəlif elmi dairələr və tədqiqat mərkəzlərini təmsil edən tanınmış alimlərdən ibarətdir.

2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad olunmuş ərazilərə qayıdışla əlaqədar məcburi köçkünlər arasında sorğular keçirilməsi və onların niyyətinin öyrənilməsi barədə müvafiq tapşırıq verdiyini bildirib. Qarşıdan gələn dövrdə məsələ ilə bağlı ümumi rəyin müəyyənləşdirilməsi, həmin ərazilərə qayıdanların ehtiyaclarının, onların bərpa işlərində iştirak imkanlarının, sahibkarların işğaldan azad olunmuş ərazilərə cəlb edilməsi şərtlərinin öyrənilməsi məqsədilə məcburi köçkünlər, habelə sahibkarlar arasında sorğuların keçirilməsi planlaşdırılır.

Qeyd olunan layihənin ADA Universiteti nəzdində yaradılan xüsusi tədqiqat qrupu tərəfindən həyata keçirilməsi nəzərdə tutulur. Bu məqsədlə layihəyə universitetin akademik heyəti ilə yanaşı, bir sıra nüfuzlu yerli və beynəlxalq beyin mərkəzləri və elmi tədqiqat institutları, habelə ayrı-ayrı tanınmış alim və mütəxəssislərin cəlb olunması planlaşdırılır.

Sorğuların keçirilməsi ərəfəsində və onların nəticələri ilə bağlı KİV-də və sosial mediada müvafiq məlumatlar mütəmadi şəkildə təqdim ediləcəkdir.

Tədqiqata hazırlıq məqsədilə ADA Universitetində keçirilmiş görüşdə universitetin rektoru Hafiz Paşayev, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi - Akademik və Təhsil Məsələləri üzrə İşçi Qrupunun rəhbəri Emin Hüseynov və qrupun digər üzvləri iştirak ediblər.

Görüşdə sözügedən sosioloji tədqiqatın həyata keçirilməsi ilə bağlı görüləcək işlər, sorğuların hazırlanması və aparılması zamanı diqqət yetirilməli olan məqamlar və digər aidiyyəti məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Yaxın zamanlarda müvafiq sorğuların keçirilməsinə başlanması nəzərdə tutulur.

1news.az

Paylaş:
333

Son xəbərlər

ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50
Bütün xəbərlər