ru

Futbol

11 Oktyabr saat 11:15

Arda Turan məşhur müğənninin arvadına sataşıb burnunu qırdı

Arda Turan məşhur müğənninin arvadına sataşıb burnunu qırdı

Türkiyənin məşhur futbolçusu Arda Turan dava xəbəri ilə gündəmə gəlib.

1news.az-ın Hürriyet-ə istinadla verdiyi xəbərə görə, o, müğənni Berkay Şahinlə dalaşıb. Arda Berkayın burnunu sındırıb.

Müğənninin həyat yoldaşı Özlem Ada Şahin hadisə barədə bu sözləri deyib:

“Arda bir anda qoluma toxundu və əyilib qulağıma dedi ki, evli olmasan səninlə münasibətə başlayardım, çox gözəl qızsan. Berkay Ardaya dedi ki, həyat yoldaşımı göndərirəm, indi səninlə danışarıq. Sonra Arda Berkaya yumruq vurdu və burnu sındı. İndi xəstəxanadadır, sabah əməliyyat olunacaq. Mən Ardanın xanımını tanıyıram. Salamlaşırıq, görüşürük. Həm də hazırda hamilədir”.

Arda isə silahla xəstəxanaya gəlib. O, müğənninin otağına gələrək deyib:

“Onun sənin həyat yoldaşın olduğunu bilmirdim. Öldür məni, çox peşmanam. Mən çox böyük öküzlük etmişəm. Üzr istəyirəm”.

S.Xankişiyeva

 

BÖLMƏDƏ YENİ

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News", İnformasiya Agentliyi
Bütün hüquqlar qorunur