“Art Zone Week -2020”: Görkəmli Azərbaycan rəssamlarının “Şahdağ” turizm mərkəzində Simpoziumu - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Art Zone Week -2020”: Görkəmli Azərbaycan rəssamlarının “Şahdağ” turizm mərkəzində Simpoziumu - FOTO

21:19 - 28 / 02 / 2020
“Art Zone Week -2020”: Görkəmli Azərbaycan rəssamlarının “Şahdağ” turizm mərkəzində Simpoziumu - FOTO

"Şahdağ" Yay-qış turizm Mərkəzində Azərbaycanın məhşur rəssamlarının iştirakı ilə növbəti "Art Zone Week" adlı rəngkarlıq simpoziumu fevralın 28-də start götürmüşdür.

Mədəniyyət və sosial yönümlü bu Layihənin məqsədi rəssamların gözü ilə bölgənin, burada yerləşən möhtəşəm turzim kompleksini ölkənin aparıcı turizm bölgəsi kimi fərqli formada təbliğ və təşviq etməkdir.

Rəssamlar Quba və Qusarın turizm infrastrukturu, tarixi abidələri, unikal coğrafiyası ilə tanış olaraq bir həftə ərzində sərbəst mövzularda rəsm əsərləri yaradacaqlar.

Bununla yanaşı rayonun orta məktəblərinin bütün yaş həddini əhatə edən və rəssamlığa həvəsi olan gənclərə "Ustad dərsləri" keçiriləcəkdir. İlk Simpoziumda ərsəyə gələn və "Şahdağ" mehmanxanasının vestibülündə sərgilənən rəsm əsərləri burada istirahət edən yerli və xarici turistlərin böyük marağına səbəb olub. Sərgidəki möhtəşəm əsərləri satın almaq istəyən qonaqlar təəssüf ki, istəklərini həyata keçirə bilməyəcəklər - simpoziumun qaydalarına görə əsərlər yalnız bir neçə ildən sonra satıla bilər.

Artıq ikinci dəfə reallaşan "Art Zone Week" Simpoziumu Dövlət Turizm Agentliyinin, Dövlət Turizm Bürosunun, "Abşeron Hotels Group" və "ASPİ Winery"-nin təşkilati dəstəyi ilə həyata keçirilir.

Layihənin rəhbəri və təşkilatçısı Şakir Eminbəyli göstərilən dəstəyə görə bütün tərəfdaşlara təşəkkür edərək bildirdi ki, ölkənin sayılıb seçilən fırça ustaları üçün burada ən yüksək səviyyədə iş və istirahət şəraiti yaradılıb.

Qeyd edək ki, Simpoziumda Azərbaycanın əməkdar rəssamları

Müseyib Əmirov, Elyar Əlimirzəyev, Vüqar Muradov, Eldar Qurbanov, Yelena Haqverdiyeva, tanınmış rəssamlar Rəna Məmmədova, Anar Hüseynzadə, Emin Əskərov, Azər Əliyev, Rafail Əliyev, Butunay Haqverdiyev və rusiyalı rəssam Bayram Salamov iştirak edir.

Simpozium mart ayının 3-də rəssamların burada çəkdikləri əsərlərindən ibarət yekun Sərgi ilə  başa çatacaq. Əsərlər mart ayının sonuna kimi "Şahdağ" mehmanxanasında sərgilənəcək.

1news.az

Paylaş:
1306

Son xəbərlər

SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24
Bütün xəbərlər