Aydan nümunələr gətirəcək “Çanye-5” Yerin təbii peykinə uğurlu eniş edib | 1news.az | Xəbərlər
Dünya

Aydan nümunələr gətirəcək “Çanye-5” Yerin təbii peykinə uğurlu eniş edib

09:40 - 02 / 12 / 2020
Aydan nümunələr gətirəcək “Çanye-5” Yerin təbii peykinə uğurlu eniş edib

Çinin Aydan nümunələr gətirmək üçün orbitə çıxardığı “Çanye-5”in (Chang'e-5) kosmik aparatının enmə-qalxma modulu Yerin təbii peykinə yumşaq eniş edib.

1news.az AZƏRTAC-a  istinadla xəbər verir ki, Ay orbitinə daxil olduqdan sonra “Çanye-5”in enmə-qalxma modulu kosmik aparatdan ayrılaraq, təxminən 15 dəqiqəyə Ayın səthinə yumşaq eniş edib. Bu, Ayın səthinə yumşaq eniş edən Çinin 3-cü moduludur. Modul Ayın səthinə enmə prosesinin videogörüntülərini idarəetmə mərkəzinə ötürüb. Modulun endiyi məkana bundan əvvəl Yerdən heç bir səfər olmayıb. Daha dəqiqi Çin modulunun eniş məkanı ABŞ və keçmiş SSRİ-nin Ay missiyalarının eniş yerlərindən fərqlidir.

Bildirilir ki, növbəti 2 sutka ərzində xüsusi robotun köməyi ilə Ay səthindən təxminən 2 kiloqram ağırlığında qaya və torpaq nümunələri götürüləcək. Yer və Ay arasında geometrik uyğunluq olanda kosmik aparatın geri dönən modulu Yerə qayıdacaq. Bildirilir ki, proses cədvələ uyğun davam edir.

Aydan gətirilən nümunələrin yaşının öyrənilməsi Günəş sisteminin tədqiqatına kömək edəcək.

1news.az 

Paylaş:
636

Son xəbərlər

Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29Mərkəzi Bank uçot dərəcəsini endiribBu gün, 11:14
Bütün xəbərlər