Aydın Mirzəzadə: Siyasi partiyalar dəstəyi ancaq cəmiyyətdən almalıdırlar | 1news.az | Xəbərlər
Siyasət

Aydın Mirzəzadə: Siyasi partiyalar dəstəyi ancaq cəmiyyətdən almalıdırlar

16:44 - 13 / 09 / 2019
Aydın Mirzəzadə: Siyasi partiyalar dəstəyi ancaq cəmiyyətdən almalıdırlar

İqtidarla müxalifət partiyaları arasında dilaoqun olması, görüşlərin keçirilməsi həmir zaman müsbət qarşılanıb. Bu cür görüşlərdə fikir mübadiləsi aparıla, əsas məsələlər gündəmə gətirilə bilər. Ən əsası isə ümummilli məsələlərin yalnız iqtidar deyil, bütün partiyaların əsas məsələlərindən biri olduğu bir daha gündəmə gəlir.

Bunu 1news.az-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə sentyabrın 11-də “Park İnn” hotelində “Ölkəmizdəki siyasi proseslərə xarici müdaxilənin yolverilməzliyi” mövzusunda iqtidar və müxalifət partiyalarının rəhbərlərinin iştirakı ilə dəyirmi masanın keçirilməsinə münasibət bildirərkən deyib.

Aydın Mirzəzadə belə görüşlərin faydalılıq əmsalının çox olduğunu diqqətə çatdırıb:

“İqtidar partiyası bir daha nümayiş etdirdi ki, cəmiyyətin bütün təbəqələrilə fikir mübadiləsinə açıqdır. Bu istiqamətdə mövzu qadağası yoxdur.  Azərbaycanda müxtəlif fikirliyin, fərqli düşüncənin fəaliyyət göstərməsi üçün iqtidar maksimum şərait yaradıb. Müxalifət partiyaları fəaliyyət göstərir, qəzetləri çıxır. Cəmiyyətdə vətəndaşların hüquq və azadlıqları qorunur.  Seçkilərdə hər bir partiya iştirak edərək potensialını göstərir.

Vaxtaşırı partiyaların dəyirmi masa arxasına yığışaraq fikir mübadiləsi etmək təklifləri səslənir.  Bu təklifə iqtidar müsbət yanaşdı və ona uyğun olaraq bu gün görüş keçirildi. Hesab edirəm ki, belə görüşlərin vaxtaşırı keçirilməsi ümumilikdə siyasi proseslərə müsbət təsir edən məsələdir. İqtidar bir daha sübut etdi ki, üzərinə düşən məsuliyyət yükünü həmişə daşımağa hazırdır”.

Görüşdə Azərbaycanı sevməyən bəzi xarici dairələrin ölkəmizdəki siyasi proseslərə müdaxiləsinə dair geniş müzakirələr aparılmasına diqqət çəkən millət vəkili bildirib ki, xaricdən Azərbaycana qarşı aparılan istənilən zərərli təsir yolverilməzdir:

“Çox təəssüf ki, vaxtaşırı, eləcə də seçkilər zamanı xaricdəki müəyyən dairələr Azərbaycandakı müəyyən siyasi qruplar vasitəsilə daxili siyasətə təsir etməyə, özlərinin simpatiya etdiyi siyasi qüvvələrin qələbə qazanmasına çalışırlar. Bütün bunlar yolverilməzdir. İstənilən halda siyasi partiyalar dəstəyi ancaq və ancaq daxili resurslardan, cəmiyyətdən almalıdırlar. Bu məsələlərin müzakirəyə çıxarılması bir daha göstərdi ki, Azərbaycan daxili və xarici siyasətini özü müəyyənləşdirməyə qadirdir və bu məsələdə kifayət qədər təcrübəsi var”.

Bu cür görüşlərin keçirilməsinin Azərbaycana xarici təsirlərin azalmasındakı roluna gəlincə, A.Mirzəzadə görüşdə bu məsələ ilə bağlı yekdil qərara gəlindiyini söyləyib:

“Eyni zamanda xaricdəki müəyyən anti-Azərbaycançı qüvvələrə də sərt bir mesaj verildi ki, Azərbaycan cəmiyyəti ümumilikdə götürüləndə vahid cəbhə ilə xarici müdaxilənin əleyhinədir”.

A.Mirzəzadə bəzi partiya rəhbərlərinin görüşə qatılmamasını isə onların öz seçimi olduğunu bildirib:

“Əsas siyasi qüvvələr orda təmsil olunmuşdu. Kimlərinsə gəlməməsi onların müzakirə olunan məsələdən narazıçılığından xəbər verir”.

B.C.

Paylaş:
633

Son xəbərlər

Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10
Bütün xəbərlər