Cahangir Əsgərov: “İran Air” reyslərinə heç bir məhdudiyyət tətbiq olunmayacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Cahangir Əsgərov: “İran Air” reyslərinə heç bir məhdudiyyət tətbiq olunmayacaq

14:42 - 24 / 02 / 2020
Cahangir Əsgərov: “İran Air” reyslərinə heç bir məhdudiyyət tətbiq olunmayacaq

Çoxsaylı müraciətlərlə əlaqədar olaraq “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti bildirir ki, “Buta Airways” aviaşirkəti hazırda İran istiqamətində yerinə yetirilən uçuşların mövcud cədvəlinə dəyişiklik etməyi planlaşdırmır.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən verilən məlumatda bildirilir.

“O cümlədən, aşağıbüdcəli “Buta Airways” aviaşirkəti Bakı-Tehran-Bakı istiqamətində gündəlik uçuşlar həyata keçirir və ştat rejimində hazırkı cədvələ əsasən reyslər həyata keçirməyi planlaşdırır. Həmçinin bildirmək istəyirəm ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda və Azərbaycanın digər hava limanlarında “İran Air” aviaşirkəti tərəfindən yerinə yetirilən reyslərə heç bir məhdudiyyət tətbiq olunmayacaq”, - AZAL prezidenti Cahangir Əsgərov bildirmişdir.

Bundan əlavə, Heydər Əliyev Beynəlxalq Aeroportunun müvafiq qurumları Azərbaycan Dövlət Gömrük Komitəsi və Səhiyyə Nazirliyi ilə birlikdə İrandan gələn reyslərdə sanitar-karantin nəzarətini gücləndirmişdir, bu istiqamətdə əlavə tədbirlər görüləcəkdir.

Koronavirus barədə səs yazısı ilə bağlı açıqlama - RƏSMİ - AUDİO

Azərbaycan və İran arasında sərhəd-keçid məntəqəsi işini davam etdirir - RƏSMİ

S.Xankişiyeva

 

 

 

Paylaş:
989

Son xəbərlər

FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36
Bütün xəbərlər