Azər Türk Bankın məlumat mərkəzi fasiləsiz iş rejiminə keçdi | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azər Türk Bankın məlumat mərkəzi fasiləsiz iş rejiminə keçdi

15:00 - 22 / 10 / 2019
Azər Türk Bankın məlumat mərkəzi fasiləsiz iş rejiminə keçdi

Hər zaman müştərilərinin rahatlığını düşünən dövlət bankı Azər Türk Bank xidmət işinin keyfiyyətinin daha  da artırılması istiqamətində növbəti yeniliyin tətbiqinə qərar vermişdir.

Belə ki, Bankın müştəri əlaqələrinin idarə edilməsi mərkəzi, şənbə və bazar da daxil olmaqla, həftənin bütün günləri və sutkanın 24 saatı ərzində  canlı iş rejimində xidmət göstərəcəkdir. Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələri, WhatsApp (055) 7770 945, yaxud (012) 945 nömrəli əlaqə xətti vasitəsilə daxil olan  sorğular əməkdaşlar tərəfindən canlı şəkildə cavablandırılacaqdır.

Qeyd edək ki, Azər Türk Bankda müasir standartlara uyğun məlumat mərkəzi 2017-ci ilin yanvar ayında qurulmuşdur.

Son üç ildə Mərkəzə təkcə telefon rabitəsi vasitəsilə 150 mindən çox sorğu, onlayn sifarişlər, müxtəlif müştəri müraciətləri daxil olmuşdur. Statistikaya nəzər yetirsək, bu xətt üzrə müraciətlərin ildən ilə intensivləşdiyinin şahidi olarıq. Belə ki, əgər 2017-ci  il ərzində Bank əməkdaşları tərəfindən 33 287 çağrıya cavab verilmişdisə, 2018-ci ildə bu rəqəm 62 149 səviyyəsində olmuşdur. Cari ilin sonuna bu göstəricinin daha artıq olacağı gözlənilir.

Bundan əlavə, Bankın toplam 163 min izləyicə malik  FacebookInstagram səhifələrində mütəmadi olaraq müştərilərlə ünsiyyət saxlanılır. Həmçinin WhatsApp  vasitəsilə son bir il ərzində 16 minə yaxın şəxs bankla rahat əlaqə qurmaq imkanı əldə etmişdir.

Reklam hüququnda

 

 

Paylaş:
533

Son xəbərlər

Bakıda növbəti ümumşəhər iməciliyi keçirilib - YENİLƏNİBBu gün, 18:02Bakıda taxta bazarı yanır, əraziyə polislər cəlb olunub - YENİLƏNİBBu gün, 17:40İcma: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 17:25Cavanşir Məmmədov dəfn olunub - YENİLƏNİB 1Bu gün, 16:41Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 16:39Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53
Bütün xəbərlər