“Azerbaijan Airlines” jurnalının fotoqrafı AIPS mükafatının laureatı olub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azerbaijan Airlines” jurnalının fotoqrafı AIPS mükafatının laureatı olub - FOTO

16:50 - 17 / 02 / 2020
“Azerbaijan Airlines” jurnalının fotoqrafı AIPS mükafatının laureatı olub - FOTO

“Azərbaycan Hava Yolları”nın bütün reyslərində paylanan “Azerbaijan Airlines” bort jurnalının baş fotoqrafı Sergey Kivrin nəşrin 2019-cu il 60 nömrəli sayında dərc olunan "Yaylağa gedən yol" reportajına görə Dünya İdman Mətbuatı Assosiasiyasının mükafatına layiq görülüb.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, 1924-cü ildən bəri mövcud olan Dünya İdman Mətbuatı Assosiasiyası (AIPS) bu sahədə dünyanın ən nüfuzlu təşkilatlarından biridir. Assosiasiya beş qitənin aparıcı idman mediasını təmsil edir.

Onun mükafatı idman hadisələrini işıqlandıran jurnalistlər cəmiyyətində ən yüksək mükafat hesab edilir. Bu ilin fevral ayında Budapeştdə “AIPS Sport Media Awards 2019” müsabiqəsinin nəticələrinə yekun vurulub. Müsabiqədə 125 ölkədən iki minə yaxın jurnalist öz işini təqdim edib. "Fotoqrafiya", "Çap Mətbuatı" və "Jurnalist Bloqu" kateqoriyaları üzrə qaliblər müəyyənləşdirilib. O cümlədən, “Azerbaijan Airlines” bort jurnalının baş fotoqrafı Sergey Kivrinə mükafat təqdim edilib.

Yüzlərlə işin arasından məhz onun birinci “Milli Yaylaq Festivalı”na həsr olunmuş “Yaylağa gedən yol” adlı fotoreportajının mükafatlandırılmasında, şübhəsiz ki, yalnız nəşrin əməkdaşının deyil, həmçinin Azərbaycanın Gədəbəy bölgəsində həyata keçirilmiş rəngarəng tədbirin təşkilatçılarının və qonaqları ölkənin həyatı ilə daha yaxından tanış etmək istəyən AZAL rəhbərliyinin də böyük xidməti var.

"Lakin, hər şeydən əvvəl, bu, Azərbaycanın idman uğurlarınının və milli mədəniyyətin inkişafına verdiyi töhfənin yüksək qiymətləndirilməsidir", – AIPS mükafatı laureatı Serqey Kivrin qeyd edib.

Azərbaycanın idman uğurları danılmazdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daimi diqqəti sayəsində ölkəmiz yalnız idman dövlətləri arasında deyil, beynəlxalq yarışların təşkilatçıları arasında da mühüm yer tutub. Ölkədə baş verən digər irimiqyaslı tədbirlər kimi, onların da əksəriyyəti “Azerbaijan Airlines” jurnalının səhifələrində öz əksini tapıb.

"Biz Azərbaycan haqqında danışmağı, onun nailiyyətlərini sərhədlərimizdən kənarda təbliğ etməyi əsas vəzifəmiz kimi görürük və bu həm dövlətimizin beynəlxalq nüfuzunun artmasına, həm də ölkəmizə turistlərin cəlb edilməsinə kömək etməlidir", – AZAL vitse-prezidenti, “Azerbaijan Airlines” jurnalının rəhbəri Eldar Hacıyev AIPS mükafatını şərh edərək bildirib.

Biz isə öz növbəmizdə AIPS mükafatından əlavə son iki ayda Beşinci Beynəlxalq Fotosalonunun (Sofiya) qızıl medalına və həmçinin Amerikanın məşhur ViewBug (www.viewbug.com) foto saytı tərəfindən “Göygöl Gölü” şəklinə görə on mükafata layiq görülmüş Sergey Kivrini təbrik edir, ona yeni uğurlar və parlaq reportajlar arzulayırıq!

1news.az

Paylaş:
685

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər