“Azerbaijani Ladies Club” üzvlərindən Azərbaycan həkimlərinə dəstək mesajı - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azerbaijani Ladies Club” üzvlərindən Azərbaycan həkimlərinə dəstək mesajı - VİDEO

11:57 - 04 / 08 / 2020
“Azerbaijani Ladies Club” üzvlərindən Azərbaycan həkimlərinə dəstək mesajı - VİDEO

Dünyanın müxtəlif ölkələrində yaşayan qadın soydaşlarımız koronavirus infeksiyasına qarşı mübarizənin ön sıralarında olan həkimlərimizə dəstək olublar.

Belə ki, koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma tendensiyasının davam etdiyini nəzərə alaraq, dünyanın 14 müxtəlif ölkəsindən ( Türkiyə, Almaniya, Misir, Rusiya, Niderland, İsveç, Oman, Belçika, Nigeriya , Çexiya, Almaniya, İngiltərə, Fransa, Birləşmiş Ərəb Əmirlikləri) “Azerbaijani Ladies Club”un nümayəndələri Azərbaycanda ön cəbhədə çalışan həkim və orta tibb işçilərinə qarşı biganə qalmadılar.

Klubun rəhbəri Kəmalə Ceylinovanın dediyi kimi: “Biz Azərbaycan qadınları harda yaşamağımızdan asılı olmayaraq ürəyimiz təbii ki, Azərbaycanla döyünür. Təəssüflər olsun ki, əlimizdən bu günlərdə heç nə gəlmir, amma çalışdıq ki, dəstəyimizi bu cür çatdıraq. Allah xəstəliklə mübarizə aparan hər kəsə kömək olsun! Bütün həkimlərimizin yaxınlarına və doğmalarına səbr arzu edirik! Həkimlərimizə və bütün tibb işçilərimizə sonsuz minnətdarlığımızı bildiririk!“

Qeyd edək ki, “Azerbaijani Ladies Club” cari ilin aprel ayından fəaliyyət göstərir. Bu kluba dünyanın müxtəlif ölkələrində yaşayan ziyalı qadınlar daxildir. Klubda həkimlər, alimlər, müəllimələr, musiqiçilər, iş qadınları, rəssamlar, modelyerlər, media işçileri, diaspor fəalları və digər sənət sahibləri xanımlar var. Klubun məqsədi dünyanın müxtəlif ölkələrində fərqli layiheler həyata keçirməklə yerli ictimaiyyətə Azərbaycanı tanıtmaq, sevdirmək və ən əsası Qarabağ həqiqətlərini bütün dünyaya çatdırmaqdır.

1news.az

Paylaş:
708

Son xəbərlər

Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28
Bütün xəbərlər