Azərbaycan mətbəxi beynəlxalq festivalda nümayiş olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan mətbəxi beynəlxalq festivalda nümayiş olunub

11:39 - 18 / 11 / 2019
Azərbaycan mətbəxi beynəlxalq festivalda nümayiş olunub

Ölkəmiz Fransada Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı ilə noyabrın 15-17-də Paris şəhərinin ən görkəmli sarayı “Grand Palais” (Böyük Saray) də keçirilən “Festival du bien-manger” (Ləziz yeməklər festivalı) də təmsil olunub.

1news.az-ın Assosiasiyaya istinadən verdiyi xəbərə görə, 120 yerli iştirakçı, 13 ölkə, 30-dan çox tanınmış aşpazın qatıldığı bu Festival Fransanın ən böyük beynəlxalq bazarı olan Rungis (Rəngis) in 50 illik yubileyinə həsr olunmuş mərasim çərçivəsində təşkil edilib.

Festival iştirakçılarına milli şirniyyatlarımızın ən tanınmış növlərindən olan şəkərburanın hazırlanması qaydaları, habelə xəmirin hazırlanması, üstünün bəzədilməsi və sair nümayiş olunub. Təqdimat zamanı iştirakçılar arasında Azərbaycanla bağlı sual-cavab keçirilib və düzgün cavab verənlərə Heydər Əliyev Fondunun nəşr etdirdiyi kitablar hədiyyə edilib.

Məşhur fransız aşpazı Cyril Rouquet Provostun aparıcılığı ilə Azərbaycan, bayramlarımızla bağlı adət-ənənələr, Azərbaycanın zəngin mətbəxi haqqında iştirakçılara geniş məlumat verilib.

Tədbirdə ölkəmiz haqda məlumatlar “Eduard Cointerau” (Eduard Kuantro), “Anne-Laure Descombin” (An Lor Dekombən) və “Agora Expo” şirkətinin rəhbərlik etdiyi “Beynəlxalq Qastronomiya Şəhərciyi” layihəsi ilə əməkdaşlığı nəticəsində təqdim olunub. Azərbaycanın Dostları Assosiasiyası artıq 3 ildir ki “Beynəlxalq Qastronomiya Şəhərciyi” layihəsində uğurla iştirak edir. 3 gün davam edən beynəlxalq festivalda İndoneziya, Filippin, Özbəkistan, Cənubi Koreya, Mərakeş və digər ölkələrin mətbəx nümunələri təqdim olunub.

1news.az

Paylaş:
366

Son xəbərlər

Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14
Bütün xəbərlər