Azərbaycan Prezidentinin təşəbbüsü koronavirusla qlobal səviyyədə səmərəli mübarizəyə imkan yaradacaq | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Prezidentinin təşəbbüsü koronavirusla qlobal səviyyədə səmərəli mübarizəyə imkan yaradacaq

12:30 - 29 / 06 / 2020
Azərbaycan Prezidentinin təşəbbüsü koronavirusla qlobal səviyyədə səmərəli mübarizəyə imkan yaradacaq

Koronavirus infeksiyası pandemiya elan edildikdən sonra dünya ölkələri birlikdə əməkdaşlıq edərək ortaq çıxış yolu və səmərəli həll yolu tapmaq əvəzinə, daha çox milli səviyyədə ona qarşı mübarizə aparmağa davam etdilər.

Sözsüz ki, bu da qlobal səviyyədə təhlükəyə çevrilmiş virus qarşısında dünya miqyaslı mübarizədə boşluq yaradır. Harvard Universiteti tərəfindən dərc edilən məqalədə də bu fikirlər yer alıb. Hazırda koronavirusla mübarizədə dünya liderləri birləşərək vahid qərarlar əsasında planlar tərtib etməli və əsaslı addımlar atmalıdırlar.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə bildirib.

Deputat deyib ki, BMT-nin Baş katibi Antonio Quterreşin də beynəlxalq əməkdaşlığın hər zamankından daha vacib olduğunu qeyd etdiyi dövrdə məhz Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ilk təşəbbüslər irəli sürüldü. Pandemiya dövründə vətəndaşların sağlamlığının təmin edilməsi üçün əsaslı işlər görən Prezident İlham Əliyev koronavirusla mübarizənin təkcə milli səviyyədə yox, həm də qlobal səviyyədə sıx əməkdaşlıq çərçivəsində səmərəli olması fikrini dəstəkləyir.

Ş.Seyidzadə bildirib ki, ilk növbədə, aprel ayında Prezident İlham Əliyevin təşəbbüsü və sədrliyi ilə keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının onlayn Zirvə görüşünü qeyd etmək lazımdır. Bu, dünya miqyasında ilk onlayn formatlı Zirvə görüşü olmaqla yanaşı, həm də COVID-19 pandemiyasına həsr edilmiş ilk dövlətlərarası konfrans idi. Bu məqam çox vacibdir, çünki şuranın hazırki sədri Azərbaycandır və bu təşəbbüs ölkəmiz tərəfindən irəli sürülüb. Bu da Azərbaycanın beynəlxalq səviyyədə problemlə mübarizədə yenilikçi yanaşmalara üstünlük verdiyini göstərir.

Həmçinin məlum olduğu kimi, Azərbaycan 120 ölkənin üzv olduğu Qoşulmama Hərəkatına da sədrlik edir. Elə məhz Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşünün keçirilməsi, bu görüşdə BMT-nin Baş katibinin, BMT Baş Assambleyasının prezidentinin, ÜST-nin Baş direktorunun, Avropa İttifaqı və Afrika İttifaqının yüksək səviyyəli nümayəndələrinin iştirakı ölkəmizin nüfuzunun göstəricisidir. Bundan əlavə, Azərbaycanın pandemiya dövründə istər daxili, istərsə də xarici siyasətdə çevik davranışı və atdığı qətiyyətli addımlar, digər dövlətlərə göstərdiyi humanitar yardımlar beynəlxalq qurumlar tərəfindən daim yüksək qiymətləndirilib.

Ölkə rəhbərliyi dünyanı əhatə edən koronavirusla mübarizədə həm yerli, həm də beynəlxalq səviyyədə qətiyyətli təşəbbüslər irəli sürərək gerçəkləşdirir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının tarixdə ilk dəfə onlayn formada Zirvə görüşünün keçirilməsi, Qoşulmama Hərəkatının Zirvə görüşündə Prezident İlham Əliyev tərəfindən BMT-nin Baş Assambleyasının xüsusi sessiyanın təşkil edilməsi təşəbbüsünün irəli sürülməsi və bu təşəbbüsün 130 ölkə tərəfindən dəstəklənməsi birmənalı olaraq Azərbaycanın və dövlətimizin başçısının beynəlxalq miqyasda nüfuzunu göstərir.

Prezident İlham Əliyev Qoşulmama Hərəkatı ölkələri adından Baş Assambleyanın dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə Baş katib Antonio Quterreşə müraciət ünvanlayıb və bu BMT üzvləri tərəfindən yüksək dəyərləndirilib. Qaydalara əsasən 97 ölkənin səsinin kifayət etməsinə baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü təşəbbüsə 130 ölkədən müsbət münasibət göstərilib. Bu rəqəm heç də kiçik rəqəm deyil. Təşəbbüsü 130 ölkənin dəstəkləməsi etimad və inamın bariz göstəricisidir. Bu rəqəm göstərir ki, Qoşulmama Hərəkatının sədri statusunda olan Azərbaycan Prezidenti İlham Əliyevin bu təşəbbüsü dünyanın koronavirusla mübarizə apardığı dövrdə çox vacib və vaxtında atılan addımdır. Bu çağırışa dəstəyin olması və BMT-nin baş Assambleyası tərəfindən xüsusi sessiyanın təşkil edilməsi COVID-19 pandemiyası dövründə virusla mübarizədə beynəlxalq səviyyədə yekdil mübarizə metodlarının təşkili və tətbiqinə böyük təkan verəcək.

“Əminəm ki, bu xüsusi sessiyanın təşkili ilə dünya ölkələrinin koronavirusla mübarizəsində müxtəlif təcrübələrin mübadiləsi aparılaraq qısa müddət ərzində virusun qarşısının alınmasına nail olunacaq. Azərbaycan Prezidentinin təşəbbüsü koronavirusla qlobal səviyyədə səmərəli mübarizəyə imkan yaradacaq”, - deyə deputat qeyd edib.

S.Xankişiyeva

 

Paylaş:
844

Son xəbərlər

6 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38
Bütün xəbərlər