“Azərbaycan-Tümen” ikinci beynəlxalq onlayn B2B forumu keçirilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Azərbaycan-Tümen” ikinci beynəlxalq onlayn B2B forumu keçirilib

15:45 - 22 / 05 / 2020
“Azərbaycan-Tümen” ikinci beynəlxalq onlayn B2B forumu keçirilib

Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Tümen vilayətinin Qubernatorunun, “Opora Rossii”” Ümumrusiya Kiçik və Orta Sahibkarlıq İctimai Təşkilatının və Caspian European Club-un dəstəyilə təşkil olunmuş “Azərbaycan-Tümen” ikinci beynəlxalq onlayn B2B forum çərçivəsində şirkətlərin COVİD-19 koronavirus pandemiyası dövründə qarşılaşdıqları məsələ və təkliflər, həmçinin post-pandemiya mərhələsində əməkdaşlığın fəallaşması imkanı öyrənilib.

“Azərbaycan-Tümen” beynəlxalq onlayn B2B forumunun moderatorları “Opora Rossii” təşkilatının vitse-prezidenti, Tümen vilayəti Dumasının deputatı Eduard Omarov və Caspian European Club və Caspian Energy qrupunun sədri və baş icraçı direktoru Telman Əliyev olub.

“Bütün yeniliklər yaxşıca unudulmuş köhnələrdir. İlk telekörpü 1982-ci ildə təşkil edilmişdir. Bu günə kimi biz əyani görüş olmadan digər təşkilat və dövlətlərlə əməkdaşlığı təsəvvür belə edə bilmirdik. Bu gün isə sanki ilk telekörpülər dövrünə qayıtmışıq və yenidən onlayn ünsiyyət qurmağı, bunu səmərəli etməyi öyrənirik. Son iki ay ərzində onlayn formatda iş göstərdi ki, minimal xərclərlə yüksək nəticələr əldə etmək mümkündür”, - deyə forumda çıxış edən Eduard Omarov söyləyib.

Telman Əliyev operativliyə və əməkdaşlığa hazırlığa görə Tümen regionunun nümayəndələrinə və şəxsən Eduard Omarova minnətdarlığını bildirib. “Azərbaycan-Rusiya münasibətləri bu gün çox yüksək səviyyədədir və bu, ilk növbədə dövlət başçılarımızın işinin nəticəsidir. Biz ilk forumu Tümen vilayətinin Qubernatorunun iştirakı ilə keçirtdik və bununla kifayətlənməməyi qərara aldıq. Bu gün biz artıq daha geniş sahibkar auditoriyası ilə dialoq qura bilərik, onlayn format buna imkan verir. Ənənəvi konfranslarda yalnız özündən sağdakı və soldakı insanla ünsiyyət qurmaq imkanı olduğu halda, onlayn meydanda biz çat vasitəsilə istənilən iştirakçının əlaqələrini əldə edə və ünsiyyəti davam etdirə bilərik”, - deyə çıxışı zamanı Telman Əliyev qeyd edib.

“Mən konfransın yekununda iki istiqamət üzrə böyük perspektiv gördüm: birinci -neft sənayesi, kənd təsərrüfatı və turizm işi üzrə təcrübə mübadiləsi; ikinci – Tümen vilayəti ilə birgə müştərək müəssisə yaratmaq imkanı”, - deyə Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədrinin müavini Rüfət Atakişiyev söyləyib.

Tümen vilayəti Qubernatorunun müavini Andrey Pantelyeyev keçirilən tədbirlərin potensialını qiymətləndirərkən qeyd edib: “Tümen vilayəti hökuməti artıq çoxdandır ixracatın inkişafı məsələsi üzərində çalışır. Azərbaycanla ticarət münasibətlərində biz artıq 3 milyon dollardan artıq rəqəmi ötmüşük. Ticarət dövriyyəsinin inkişafı üçün imkanlar mövcuddur”.

İki saat davam edən “Azərbaycan-Tümen” ikinci beynəlxalq onlayn B2B forumu çərçivəsində müzakirələrə  həmçinin iki ölkənin iqtisadiyyatının müxtəlif sahələrini təmsil edən dövlət və özəl şirkətlərin top-menecerləri də qoşulublar.

Çıxışların sonunda fikir mübadiləsi aparılıb. Şirkətlərin top-menecerləri və nümayəndələri spikerlərə onları maraqlandıran suallar veriblər. Müzakirələrin hər ay iki-üç tərəfli formatda davam etdirilməsi qərara alınıb. “Opora Rossii” təşkilatı ilə birgə keçirilməsi planlaşdırılan növbəti beynəlxalq onlayn B2B forumu “Azərbaycan-Rusiya-Qazaxıstan” üçtərəfli əlaqələrə həsr olunacaq.

Caspian European Club tərəfindən yaradılmış beynəlxalq onlayn B2B forumu beynəlxalq biznes-netvorkinq üçün unikal platformadır. Forum çərçivəsində biznes nümayəndələri biznesin inkişafı üzrə təklifləri ilə bölüşür və Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin iqtisadiyyatlarının müxtəlif sahələrinə aid şirkət rəhbərləri ilə yeni işgüzar əlaqələr qururlar.

Sıralarında dünyanın 50 ölkəsindən olan 5 mindən şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda yaradılıb. Caspian European Club-un əsas məqsədi Azərbaycanda və Caspian European Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar iqlimin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqun stimullaşdırılmasından və bu dialoqlarda fəal iştirak etməkdən ibarətdir. Caspian European Club-un mənzil-qərargahı Bakıda yerləşir. Caspian European Club-un həmçinin Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, ABŞ, Almaniya, Polşa, Latviya və Çexiyada səlahiyyətli nümayəndələri var.

1news.az

Paylaş:
1181

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər