Azərbaycan və Avropa İttifaqı qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsində maraqlıdır | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Avropa İttifaqı qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsində maraqlıdır

18:49 - 26 / 09 / 2020
Azərbaycan və Avropa İttifaqı qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsində maraqlıdır

Sentyabrın 26-da Xarici İşlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə görüşüb.

Bu barədə 1news.az-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Tərəflər Azərbaycan və Avropa İttifaqı arasında mövcud olan faydalı əməkdaşlıq münasibətlərinə dair fikir mübadiləsi aparıblar. Bu münasibətlərin daha da inkişaf etdirilməsində qarşılıqlı maraq olduğu vurğulanıb.

Nazir Ceyhun Bayramov yalnız Azərbaycan deyil, eləcə də bölgənin təhlükəsizliyi üçün ciddi təhdid olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri barədə qarşı tərəfə məlumat verib. Bölgədə müşahidə olunan gərginlikdən danışan nazir Ermənistan tərəfinin son zamanlar həyata keçirdiyi silsilə təxribat xarakterli əməlləri, o cümlədən iyulun 12-16-da Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin əvvəlcədən planlaşdırılan hücum cəhdi, avqustun 23-də Goranboy rayonu istiqamətində Ermənistanın diversiya-kəşfiyyat qrupunun təxribatı, Livan ermənilərinin Azərbaycanın işğal edilmiş ərazilərində yerləşdirilməsi və digər təhrikçi fəaliyyəti haqqında danışıb. Ermənistan rəhbərliyinin bu addımlarının münaqişənin danışıqlar yolu ilə həlli prosesinə zərbə vurduğu qeyd olunub. Beynəlxalq ictimaiyyətin bu məsələdə qətiyyətli mövqe nümayiş etdirməsinin və işğalçı Ermənistana birmənalı ismarışlar göndərməsinin vacibliyi vurğulanıb.

Xüsusi nümayəndə Toivo Klaar münaqişənin sülh yolu ilə həlli üçün hər hansı qeyd-şərt irəli sürülmədən substantiv danışıqların aparılmasının vacibliyini qeyd edib. O, həmçinin Aİ-nin bundan öncə olduğu kimi tərəflər arasında etimadın yaradılması tədbirlərini həyata keçirməyə hazır olduğunu bildirib.

Nazir Ceyhun Bayramov bunun üçün müvafiq məqamın yetişməsinin önəmli olduğunu vurğulayaraq, ilk növbədə, Azərbaycan ərazilərinin işğalının nəticələrinin aradan qaldırılmasının zəruriliyini qeyd edib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

S.Xankişiyeva

 

Paylaş:
409

Son xəbərlər

Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00
Bütün xəbərlər