Azərbaycanda ilk dəfə: cəmi 21 günə mobil е-mağaza və İOS/Android tətbiqlərinin hazırlanması – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda ilk dəfə: cəmi 21 günə mobil е-mağaza və İOS/Android tətbiqlərinin hazırlanması – FOTO – VİDEO

12:30 - 24 / 01 / 2020
Azərbaycanda ilk dəfə: cəmi 21 günə mobil е-mağaza və İOS/Android tətbiqlərinin hazırlanması – FOTO – VİDEO

Biznes təyinatlı proqram təminatları hazırlayan Cubics Technology MMC şirkəti elektron ticarət bazarına tam yeni Brandonline texnologiyası ilə fərqlilik qatdı.

Həmin texnologiya sahəsində hər bir sahibkar şəxsi brendinə uyğunlaşdırılmış və istifadəyə tam hazır olan onlayn mağazanın sahibi olmaq imkanı əldə edəcək.

Əlavə olaraq paketə Android və İOS əməliyyat sistemlərindəki mobil tətbiqlər də daxildir. Ümumi paketin hazırlanması üçün isə cəmi 3 həftə tələb olunur.

Brandonline e-ticarət platformasının əsas məqsədi şirkətinizin inkişafına təkan verməkdir. Bu platforma mobil mağazanızın çeşidini heç bir proqramlaşdırma bacarığı olmadan idarə etməyə imkan verir və bununla da onlayn satış prosesini xeyli asanlaşdırır, daimi müştərilərin və sifarişlərin sayını kəskin şəkildə artırır.

Rahat bir idarəetmə sisteminə və 3 dildə sadə və çevik interfeysə malik platforma həmçinin SMS ilə müştəri qeydiyyatının təsdiqi, eləcə də reklam aksiyalarının Push və SMS bildirişlərin vasitəsilə göndərilməsini dəstəkləyir. Saytın və mobil tətbiqetmənin tərkibinə məhsulların kataloqu, tək səbət sistemi və ödəniş sistemləri də daxildir.

Brandonline platformasının seçimində ən önəmli üstünlüklər:

  • Məqsədlərinizi həyata keçirmək üçün çalışan peşakar mütəxəssislər komandası ilə əməkdaşlıq.
  • Öz server infrastrukturu olmadığı təqdirdə bildirilmiş icra müddətlərinə uyğunluq.
  • Yekun məhsulun keyfiyyətinə zəmanət.

Brandonline-nın xidmətləri arasında həmçinin yekun məhsula tez və effektiv uyğunlaşmaları məqsədi ilə satış və inzibatçı heyəti üçün nəzərdə tutulan təlim də daxildir. Əlavə məlumat əldə etmək üçün www.brandonline.az  linkinə müraciət edə və ya (+994 012) 480 15 74 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Instagram – @brandonline.az

Qeyd edək ki, Cubics Technology MMC Paşa Bankın texnoloji tərəfdaşıdır. Özündə sadəlik və rahatlığı cəmləşdirən və ən qabaqcıl texnologiyalardan istifadə edən bu şirkət sizə ən yaxşısını təklif edir.

Brandonline platformasının təqdimat mərasimin necə keçirilməsilə bağlı aşağıda təqdim edilmiş fotoreportajdan baxa bilərsiniz.

Reklam hüququnda

 

Paylaş:
773

Son xəbərlər

Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyir18 / 04 / 2024, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub18 / 04 / 2024, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edir18 / 04 / 2024, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdir18 / 04 / 2024, 16:52Baş prokuror Çinə səfər edib18 / 04 / 2024, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib18 / 04 / 2024, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”18 / 04 / 2024, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir18 / 04 / 2024, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilib18 / 04 / 2024, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilib18 / 04 / 2024, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb18 / 04 / 2024, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!18 / 04 / 2024, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edib18 / 04 / 2024, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıb18 / 04 / 2024, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb18 / 04 / 2024, 13:48ABB-dən cəmi bir günə tender qarantiyası18 / 04 / 2024, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıb18 / 04 / 2024, 13:23
Bütün xəbərlər