Azərbaycanda ilk dəfə “Peşəkar Boks Gecəsi" keçirilib – FOTO – VİDEO | 1news.az | Xəbərlər
İdman

Azərbaycanda ilk dəfə “Peşəkar Boks Gecəsi" keçirilib – FOTO – VİDEO

14:10 - 14 / 09 / 2020
Azərbaycanda ilk dəfə “Peşəkar Boks Gecəsi" keçirilib – FOTO – VİDEO

Azərbaycan Peşəkar Boks Federasiyasının icazəsi və nəzarəti ilə, ölkədə və xaricdə peşəkar boks döyüşlərinin keçirilməsi və Azərbaycan boksçularının beynəlxalq arenada tanıtımı ilə məşğul olan Baku Fight Lab promouter şirkətinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə “Peşəkar Boks Gecəsi” keçirilib.

"Boks Gecəsi"ndə ölkənin 16 peşəkar boksçusu çıxış edib. Döyüşlərdə peşəkar rinqdə təcrübəsi olan boksçularla yanaşı, həvəskar karyerasında nailiyyətləri olan və peşəkar rinqdə debüt edən idmançılar da iştirak edib. Döyüşlərin qaydalara uyğun keçirilməsi Azərbaycan Peşəkar Boks Federasiyası tərəfindən idarə edilib. Nəticələr Boxrec tərəfindən beynəlxalq boks statistikasında qeydə alınıb və bu qaliblərin karyerasında mühüm pilləyə çevriləcək.

“Azərbaycan Peşəkar Boks Federasiyası bu sahənin inkişafı üçün müxtəlif işlər həyata keçirir. Fevralda ölkədə ilk dəfə Dünya Boks Şurası (WBC) ilə beynəlxalq təlimlər keçirmişdik. Hazırda isə promouter şirkəti ilə əməkdaşlıq nəticəsində “Peşəkar Boks Gecəsi” keçirilib. Bunlar mühüm nailiyyətlərdir və bu kimi işlər davam edəcək. Məqsədimiz peşəkar boksçularımızın inkişafı, beynəlxalq arenada uğur qazanması və bu idman sahəsində ölkəmizin tanınmasıdır” - deyərək Azərbaycan Peşəkar Boks Federasiyasının prezidenti Artyom Həsənov bildirib.

Tədbirin təşkilində Azərbaycan Peşəkar Boks Federasiyasının prezidenti Artyom Həsənovun, 1-ci vitse-prezidenti Fərhad Acalovun, baş katibi Orxan Muxtarovun və ölkənin peşəkar boks promouteri Ziya Əliyevin xüsusi əməyi olub.

“Peşəkar Boks Gecəsi” açıq havada, tamaşaçılar olmadan, xüsusi karantin rejiminin bütün tələblərinə və təhlükəsizlik qaydalarına riayət olunmaqla keçirilib. Döyüşlərin keçirildiyi ərazi tədbirdən öncə və gedişatı boyu mütəxəssislər tərəfindən dezinfeksiya edilib. Bütün iştirakçılar – boksçular, məşqçilər, federasiya nümayəndələri, təşkilat komandası və bütün texniki heyət qoruyucu maskalardan və dezinfeksiya vasitələrindən istifadə edib.

Tədbir “Nar” mobil operatorunun və Azərbaycanda “Zontes” motosikletlərinin satışı və servis xidmətini həyata keçirən “Zontes Baku”nun sponsorluğu, müxtəlif idman növlərinin inkişafında mühüm rol oynayan, həvəskar idmana peşəkar yanaşma devizi ilə çalışan “Azfar Group”un və “İydə” parfümeriya evinin təşkilati dəstəyi ilə keçirilib.

“Peşəkar Boks Gecəsi” 18 sentyabr, 21:00-da eksklüziv olaraq CBC Sport telekanalında yayımlanacaq.

Qısa videoçarxı təqdim edirik:

Reklam hüququnda

 

Paylaş:
1220

Son xəbərlər

Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdıBu gün, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTOBu gün, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilirBu gün, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyirBu gün, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olubBu gün, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edirBu gün, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdirBu gün, 16:52Baş prokuror Çinə səfər edibBu gün, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilibBu gün, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”Bu gün, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilirBu gün, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilibBu gün, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilibBu gün, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıbBu gün, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!Bu gün, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edibBu gün, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıbBu gün, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıbBu gün, 13:48ABB-dən cəmi bir günə tender qarantiyasıBu gün, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıbBu gün, 13:23
Bütün xəbərlər