Azərbaycanda minlərlə gənc könüllülük platformalarında uğurla iştirak edir – Siyasi şərhçi | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda minlərlə gənc könüllülük platformalarında uğurla iştirak edir – Siyasi şərhçi

11:07 - 10 / 12 / 2019
Azərbaycanda minlərlə gənc könüllülük platformalarında uğurla iştirak edir – Siyasi şərhçi

Azərbaycanda ötən həftənin ən yaddaqalan hadisələrindən biri Azərbaycan Könüllülərinin İkinci Həmrəylik Forumunun keçirilməsi oldu.

Forumun önəmindən bəhs edən Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi, siyasi şərhçi Tural İsmayılov bildirib ki, bu gün Azərbaycanda minlərlə gənc müxtəlif könüllülük platformalarında uğurla iştirak edirlər:

“Azərbaycanda könüllülük hərəkatı böyük bir bum halını alıb və minlərlə gənc bu gün müxtəlif qurumların tərkibindəki könüllülük hərəkatında aktiv şəkildə fəaliyyət göstərirlər. «Aqrar İnkişaf Könüllüləri» hərəkatı aqrar sektorun inkişafına ictimai dəstəyi nümayiş etdirir, vətəndaşların və ya fermerin aqrar sahədəki problemlərini yerində müəyyən etmək və həlli yollarını axtarmaq, gənc mütəxəssislərin ideyalarını praktiki olaraq reallaşdırmaq və cəmiyyətin diqqətini bu sahəyə yönəltmək məqsədi daşıyır.

Bu hərəkat Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil olunur və təşviq olunur. Aqrar sahəyə marağı olan sayısız gəncin bu hərəkat sıralarında təmsil olunmağı qeyri-neft sektorunun inkişafının prioritet olduğu ölkədə böyük bir gələcək vəd edir. Bundan başqa Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sistemində gənclərin potensialından daha səmərəli istifadə etmək, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, startap layihələri ilə bağlı cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və inkişaf etdirmək məqsədilə Komitə sədri tərəfindən "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sistemində könüllülük hərəkatının inkişafı ilə bağlı tədbirlər haqqında" sərəncam imzalanıb və Dövlət Gömrük Komitəsində "Könüllü gömrükçü" dəstəsi yaradılıb.  Bu gün həmin gənclər komitənin müxtəlif şöbələrində praktika keçir, iş şəraitini mənimsəyir, asudə vaxtlarını səmərəli şəkildə dəyərləndirirlər”.

T.İsmayılovun sözlərinə görə, gənclərin həm potensialı, həm fəallığı, həm də məsələlərə yeni baxışları cəmiyyət üçün çox lazımdır:

“Diasporla İş üzrə Dövlət Komitəsi də Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 1 fevral tarixli Azərbaycan Gənclər Gününə həsr olunmuş Respublika toplantısında söylədiyi “Mənim də tövsiyəm ondan ibarətdir ki, gəncləri dövlət təşkilatları önə çəksinlər. Çünki gənclərin həm potensialı, həm fəallığı, həm də məsələlərə yeni baxışları cəmiyyət üçün çox lazımdır. Bütün dövlət təşkilatlarına tövsiyə etmişəm ki, könüllüləri cəlb etsinlər” fikirlərə əsaslanaraq “Azərbaycan Diaspor Könüllüləri” adlı proqrama başlayıb.

Həmçinin, Dövlət Miqrasiya Xidməti gənclərlə təmaslarını artırmaq, könüllü əhatəsini genişləndirərək onları bu sahə ilə daha yaxından tanış etmək, dövlət idarəetməsi üzrə məlumatlandırmaq, bununla şəxsi inkişafları, gələcək karyera imkanları üçün onları Xidmətin fəaliyyətinə cəlb etmək, miqrasiya məktəbi çərçivəsində həyata keçirdiyi tədbirlərin əhatəsinin genişləndirilmək və bütövlükdə könüllülərlə sistemli əməkdaşlıq qurmaq məqsədilə “Miqrasiya könüllüsü”  layihəsini icra edir. Bu layihə çərçivəsində könüllü gənclər DMX sədri Vüsal Hüseynovun dəstəyiylə bir sıra uğurlu proqramlarda iştirak edir. Tanınmış simalarla mütəmadi görüşlərdə iştirak edirlər. Azərbaycanda ən böyük könüllü sıayı isə təbii ki, ASAN Xidmətə məxsusdur. Minlərlə ASAN könüllüsü Azərbaycan gəncliyinin ən aktiv hissələrindəndir”.

Tural İsmayılov qeyd edib ki, Azərbaycanda həyata keçirilən dünya əhəmiyyətli yarışlar və tədbirlərdə də sayısız könüllü gənc iştirak edir.

Könüllülük Hərəkatı:

1. Azərbaycanda minlərlə gəncin uğur simvoludur.

2. Gəncliyin aktiv və lokomotiv gücünü ortaya qoyur.

3. Ölkənin 7yenilə.mə və gəncləşmə siyasətinə böyük dəstək verirlər.

Qeyd edək ki, dekabrın 5-də “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində 3 minə yaxın gəncin iştirakı ilə Azərbaycan Könüllülərinin II Həmrəylik Forumu keçirilib.

Forum Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə reallaşdırılıb. Forum çərçivəsində ölkədə fəaliyyət göstərən bütün könüllü hərəkatlarının və gənclər təşkilatlarının sərgisi də təşkil olunub.

1news.az

Paylaş:
650

Son xəbərlər

Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Cavanşir Məmmədovla vida mərasimi keçirilirBu gün, 15:56Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10
Bütün xəbərlər