Azərbaycanda polisə silahlı müqavimət göstərən şəxs güllələndi - ƏTRAFLI | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda polisə silahlı müqavimət göstərən şəxs güllələndi - ƏTRAFLI

13:11 - 27 / 02 / 2020
Azərbaycanda polisə silahlı müqavimət göstərən şəxs güllələndi - ƏTRAFLI

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətləri Mingəçevirdə baş verən hadisə ilə bağlı birgə məlumat yayıb.

1news.az-a daxil olan məlumatda deyilir ki, bu il yanvarın 11-də Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Ağayev paytaxtın Sabunçu rayonu ərazisində əhalinin sıx toplaşdığı ictimai yerdə üzərində qanunsuz gəzdirdiyi odlu silahdan xuliqanlıq zəminində havaya 3 dəfə atəş açaraq hadisə yerindən qaçıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) və 228.1-ci (qanunsuz olaraq silah əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılaraq A.Ağayev barəsində axtarış elan olunub.

Fevralın 26-da onun Mingəçevir şəhərindəki gizləndiyi ünvan müəyyən edilmiş və saxlanılaraq istintaqa cəlb edilməsi məqsədi ilə xüsusi əməliyyat tədbiri keçirilib. Polis əməkdaşlarının təslim olma barədə etdiyi xəbərdarlığa baxmayaraq A.Ağayev silahlı müqavimət göstərməklə onların və ətrafdakı insanların həyat və sağlamlıqları üçün böyük təhlükə yaradıb. Əməliyyat qrupu tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada xidməti silah tətbiq edilməklə görülmüş cavab tədbiri ilə Anar Ağayev məhv edilib.

Meyitin üzərinə və yaşadığı evə keçirilmiş baxış zamanı 1 ədəd “PSM” markalı tapança, ona aid səsboğucu, 6 ədəd patron, 1 ədəd “RQD-5” əl qumbarası və 1 ədəd qaz tapançası aşkar olunaraq götürülüb.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda müvafiq araşdırmalar aparılır.

Qafar Ağayev

Paylaş:
958

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər