Azərbaycanın Rusiyadakı səfirliyi Dağıstanda saxlanılan vətəndaşlarımızla bağlı açıqlama yayıb | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın Rusiyadakı səfirliyi Dağıstanda saxlanılan vətəndaşlarımızla bağlı açıqlama yayıb

11:53 - 23 / 09 / 2020
Azərbaycanın Rusiyadakı səfirliyi Dağıstanda saxlanılan vətəndaşlarımızla bağlı açıqlama yayıb

Azərbaycanın Rusiyadakı səfirliyi Turan informasiya agentliyinin dərc etdiyi “Azərbaycan səfirliyi Dağıstanda həbs edilmiş həmvətənlərimizin taleyinə laqeyddir?” başlıqlı məqalə ilə bağlı açıqlama yayıb.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, Rusiyadakı diplomatik nümayəndəliyimizin 10 sentyabr tarixli məlumatında vurğulandığı kimi, cari il sentyabrın 2-3-də konsul, müşavir Toğrul Sadıqov və konsulluğun üçüncü katibi Müsənnif Dadaşov Dağıstanda baş vermiş məlum insident nəticəsində saxlanılan Azərbaycan Respublikasının vətəndaşları ilə görüşmək üçün Dərbənd şəhərinə ezam olunublar. Onlar Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin Dağıstan Respublikası üzrə idarəsinin 2 nömrəli İstintaq Təcridxanasında saxlanılan 7 nəfər vətəndaşımız - Əziz Fərəczadə, Rövşən Hüseynov, Elmar Musayev, Emin İmaməliyev, Tural Qiyasov, Nahid Ağayev və Elbrus Əhmədovla görüşüblər.

Bütün görüşlərdə vətəndaşlarımız saxlanma şəraitlərinin qənaətbəxş olduğunu, vəkilləri ilə mütəmadi görüşə bildiklərini və sağlamlıqları ilə bağlı şikayətlərinin olmadığını bildiriblər. Səfirliyin əməkdaşları tərəfindən isə məsələnin diqqət mərkəzində saxlanıldığı, vətəndaşlarımızın lazımi hüquqi yardımla təmin olunacağı və hazırda bu istiqamətdə müvafiq işlərin davam etdirildiyi barədə həmyerlilərimizə məlumat verilib.

“Bildiririk ki, səfirlik tərəfindən həmyerlilərimizin hüquqlarının qorunması məqsədilə Dağıstanda çalışan vəkil R.Rabadanov cəlb olunub. Ona təcridxanada saxlanılan 10 nəfərin ibtidai istintaqı zamanı hüquqlarının qorunması tapşırılıb. Görülmüş işlər nəticəsində İstintaq Təcridxanasında saxlanılanlardan Əziz Fərəczadə, Elmar Musayev, Emin İmaməliyev və Elbrus Əhmədov barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Təcridxanada qalan digər üç nəfər - Rövşən Hüseynov, Tural Qiyasov və Nahid Ağayevin işi də səfirliyin və vəkilin diqqətindədir. Onların hüquqlarının təmin edilməsi istiqamətində bütün lazımi tədbirlər görülür”, - deyə açıqlamada bildirilir.

Səfirlikdən həmçinin vurğulayıblar ki, məqalədə adı çəkilən vəkil Murad Vəlixanov iyul ayında səfirliyə müraciət edərək həmyerlilərimizi müdafiə etmək təşəbbüsünü irəli sürüb, saxlanılan şəxslərlə bağlı müvafiq sənədlərin ona verilməsini xahiş edib. Bu təşəbbüs dəstəklənib və vəkilə lazımi sənədlər təqdim olunub.

Səfirliyin sentyabrın 17-də yayılmış məlumatında qeyd edildiyi kimi, Moskva şəhərinin Troitsk rayon məhkəməsində keçirilmiş iclasda Azərbaycan Respublikasının dörd vətəndaşı elə məhkəmə zalından buraxılıb və onlardan Moskva şəhərini tərk etməmək haqqında yazılı iltizam götürülüb.

“Diqqətə çatdırmaq istəyirik ki, səfirlik öz imkanları və səlahiyyətləri çərçivəsində vətəndaşlarımızın hüquqlarının qorunması üçün bütün mümkün addımları atır. Görülmüş hər bir iş, atılmış addımlar barəsində də KİV-ə məlumat verilməsini məqsədəuyğun hesab etmir. Bu kimi həssas, insan taleyinə aid mövzulara toxunarkən, ictimaiyyətə həqiqəti əks etdirən dolğun məlumat vermək üçün səfirliyin mətbuat xidməti KİV nümayəndələri ilə əməkdaşlığa hər zaman açıqdır”, - deyə məlumatda qeyd olunub.

S.Xankişiyeva

 

Paylaş:
551

Son xəbərlər

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57
Bütün xəbərlər