“AzerGold” istiqrazlarının dövriyyəyə buraxılması ilə bağlı “Açılış zəngi” mərasimi keçirilib – FOTO – VİDEO | 1news.az | Xəbərlər
İqtisadiyyat

“AzerGold” istiqrazlarının dövriyyəyə buraxılması ilə bağlı “Açılış zəngi” mərasimi keçirilib – FOTO – VİDEO

17:15 - 24 / 09 / 2020
“AzerGold” istiqrazlarının dövriyyəyə buraxılması ilə bağlı “Açılış zəngi” mərasimi keçirilib – FOTO – VİDEO

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) istiqrazlarının mütəşəkkil kapital bazarlarına daxil olması münasibətilə Bakı Fond Birjasında (BFB) “Açılış zəngi” mərasimi keçirilib.

Mərasimdə Bakı Fond Birjasın (BFB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Eldar Abdullayev, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Müşahidə Şurasının sədri Rövşən Nəcəf, “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini Xəyyam Fərzəliyev, Mərkəzi Bankın Baş direktoru Əli Əhmədov, “PAŞA Bank” ASC-nin İdarə Heyətinin sədri Taleh Kazımov və “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin direktoru Ceyhun Hacıyev iştirak ediblər.

Mərasimə, həmçinin, Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov və emitent – “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Cəmiyyətin Daşkəsən rayonunda yerləşən “Çovdar” mədənindən birbaşa canlı bağlantı vasitəsilə qatılıblar.

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Cəmiyyətin istiqrazlarla bağlı reallaşan təşəbbüsünün ölkə iqtisadiyyatının inkişafına töhfə vermək, vətəndaşlara mənfəətli və etibarlı investisiya imkanları yaratmaq məqsədi daşıdığını qeyd edib. O, sözügedən emissiyanın vətəndaşların milli iqtisadiyyat və dağ-mədən sənayesinin inkişafında pay sahibi olması üçün əlverişli fürsət olduğunu diqqətə çatdırıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov “AzerGold” istiqrazlarının tədavülə buraxılmasını kapital bazarları üzrə 2020-ci ilin ən mühüm hadisələrindən biri hesab edildiyini vurğulayıb. Nazir “AzerGold”un birja vasitəsilə həyata keçirdiyi istiqraz buraxılışının Azərbaycanda maliyyə sektorunun inkişafı istiqamətində aparılan tədbirlərin uğurlu nəticəsi olduğunu, maliyyə və dağ-mədən sektorunun inkişafına töhfə verməklə yanaşı, vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasında xüsusi rol oynayacağını bildirib.

Daha sonra BFB-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Eldar Abdullayev yeni istiqrazların korporativ qiymətli kağızlar bazarında maliyyə alətlərinin diversifikasiyasına səbəb olacağını və investorlar üçün daha geniş imkanların yarandığı münbit sərmayə mühitini formalaşdıracağını diqqətə çatdırıb.

Tədbirin sonunda emitent – “AzerGold” QSC-nin nümayəndəsi tərəfindən istiqrazların ilkin bazarda ticarətə buraxılışını simvolizə edən zəng çalınıb. Beləliklə, istiqrazların BFB-nin ticarət platformasında ilkin ticarətinə başlanılıb.

Reklam hüququnda

 

Paylaş:
908

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər