“AzerGold” QSC-də Tacikistanın nümayəndə heyəti ilə görüş olub - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

“AzerGold” QSC-də Tacikistanın nümayəndə heyəti ilə görüş olub - FOTO

15:30 - 20 / 09 / 2019
 “AzerGold” QSC-də Tacikistanın nümayəndə heyəti ilə görüş olub - FOTO

20 sentyabr tarixində “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti və Tacikistan Respublikasının ölkəmizdə səfərdə olan nümayəndələri arasında görüş keçirilib.

“AzerGold” QSC-nin inzibati binasında baş tutan görüşdə QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, QSC-nin İdarə Heyəti sədrinin müavinləri Oqtay Məmmədov və Xəyyam Fərzəliyev, həmçinin Geoloji kəşfiyyat, Strateji planlaşdırma və biznesin inkişafı şöbələrinin rəhbərləri, Tacikistanın Soqdiya vilayətinin sədri Racabboy Axmadzoda, Tacikistanın ölkəmizdəki səfiri Rustam Soli, Xucand şəhərinin sədri Maqruf Muxammadzoda, Guliston şəhərinin sədri Firdаvs Şərifzoda, “Aprelevka” birgə müəssisənin baş direktoru Azizxon Boltuxonzoda və nümayəndə heyətinin digər üzvləri iştirak edib.

Əvvəlcə qonaqları salamlayan Z.İbrahimov “AzerGold” QSC-nin fəaliyyəti, görülən işlər və öndə duran vəzifələr haqda qısa məlumat verib. R. Axmadzoda son illərədə Azərbaycanın bütün sahələrində olduğu kimi, dağ-mədən və hasilat sahəsindəki inkişafı qeyd edərək “AzerGold” QSC-nin fəaliyyətini yüksək qiymətləndirib. Dünyanın ən iri gümüş yatağı hesab edilən Böyük Konimansur yatağı və Soqdiya vilayətində yerləşən digər zəngin yataqlar haqda söhbət açan Axmadzoda “AzerGold” QSC-nin nümayəndə heyətini Soqdiya vilayətinə səfər etməyə və bu yataqlarla əyani tanış olmağa dəvət edib.

Görüşün davamında dağ-mədən sahəsində tərəflər arasında mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib, bu istiqamətdə təcrübə mübadiləsinin vacibliyi vurğulanıb.  

Reklam hüququnda

Paylaş:
960

Son xəbərlər

Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaqBu gün, 13:51Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıbBu gün, 13:34Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:182024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32Məzahir Pənahov parlament seçkilərini müşahidə etmək üçün Maldivə gedirBu gün, 12:27Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıbBu gün, 12:20Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”Bu gün, 11:53FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:51Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır - FOTOBu gün, 10:09
Bütün xəbərlər