“Azərişıq” əməkdaşlarının güllələnməsi ilə bağlı cinayət işi başlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərişıq” əməkdaşlarının güllələnməsi ilə bağlı cinayət işi başlanılıb

11:49 - 27 / 05 / 2020
“Azərişıq” əməkdaşlarının güllələnməsi ilə bağlı cinayət işi başlanılıb

Masallıda “Azərişıq” ASC-nin əməkdaşlarının güllələnməsi faktı ilə bağlı cinayət işi başlanılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adamöldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

Hadisəni törətməkdə şübhəli bilinən Yeddioymaq kənd sakini, 1969-cu il təvəllüdlü Mansur Şahmuradov müəyyən olunaraq saxlanılıb.

Cinayətin aləti olan ov tüfəngi maddi sübut kimi götürülüb.

Qeyd edək ki, hadisə ötən gün Masallının Yeddioymaq kəndində qeydə alınıb.

Kənd sakini 1969-cu il təvəllüdlü M. Şahmuradov elektrik enerjisi borcu olduğuna görə onun həyətinə gələn və borcunun ödənməsini istəyən elektrik şəbəkəsi işçilərinə evindəki ov silahı ilə atəş açıb.

Nəticədə üç nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İki nəfərin xəsarətləri yüngül olduğundan ambulator yardım edilib. “Azərişıq” ASC-nin digər əməkdaşı, Masallı şəhərində yaşayan 1983-cü il təvəllüdlü Ramal Sudef oğlu Bağırova isə sol körpücük nahiyəni dəlib-keçən güllə yarası diaqnozu qoyulub.

Mövzu ilə əlaqədar oxuyun:

“Azərişıq” ASC-nin üç əməkdaşı güllələndi

S.Xankişiyeva

 

Paylaş:
592

Son xəbərlər

Qırğızıstan Prezidenti Füzulidə səfərdədirBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18
Bütün xəbərlər