AZƏRTAC və Bernama xəbər agentlikləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub – FOTO | 1news.az | Xəbərlər
Siyasət

AZƏRTAC və Bernama xəbər agentlikləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub – FOTO

11:35 - 23 / 10 / 2019
AZƏRTAC və Bernama xəbər agentlikləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub – FOTO

AZƏRTAC və Malayziyanın Bernama milli informasiya agentliyi arasında əməkdaşlıq əlaqələrinin inkişafı məsələləri müzakirə olunub.

Bakıda səfərdə olan Bernama agentliyinin beynəlxalq informasiya departamentinin redaktoru Racminakan Raviçandran AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ilə görüşüb.

Danışıqlar ikitərəfli əməkdaşlıq, beynəlxalq informasiya təşkilatlarında qarşılıqlı əlaqə, müasir mediadakı trendlərin agentliklərin fəaliyyətinə təsirləri kimi mövzuları əhatə edib. İki agentlik əməkdaşlıq haqqında sazişi 2014-cü ildə Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində imzalayıblar. Bernama AZƏRTAC-ın hazırda sədri olduğu Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) İcraiyyə Komitəsinin üzvüdür. Bu agentliklərin OANA çərçivəsində əməkdaşlıq əlaqələri 2004-cü ildən başlayır.

Görüşdə, həmçinin multimedia məhsulları və xəbər istehsalı, sosial şəbəkələrin agentliklərin fəaliyyətinə təsiri məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, videoxəbər müasir dövrdə önəmli informasiya növü olmaqla sosial şəbəkələr vasitəsilə sürətlə yayılaraq böyük auditoriya toplayır. AZƏRTAC da bu sahəyə böyük diqqət ayırır. Multimedia məhsullarının istehsalına 2011-ci ildə başlayan agentlik hazırda öz veb-resursları və sosial şəbəkələr vasitəsilə 5 dildə videoxəbər yayır. Bernama agentliyi videoxəbər istehsalı və satışı hesabına yeni müştərilər cəlb etmək niyyətindədir. Racminakan Raviçandran AZƏRTAC-ın bu sahədəki təcrübəsi ilə maraqlanıb.

Danışıqlar zamanı oktyabrın 25-26-da Bakıda keçiriləcək Qoşulmama Hərəkatının Zirvə görüşünün işıqlandırılması məsələləri də diqqət mərkəzində olub. Qeyd edilib ki, AZƏRTAC və Bernama bu önəmli tədbirdən xəbərlərin hazırlanması və yayılmasına ciddi hazırlaşıb.

Görüşdə Azərbaycanın Malayziyadakı səfirliyinin birinci katibi Rafiq Rüstəmov iştirak edib.

S.Xankişiyeva

Paylaş:
654

Son xəbərlər

İcma: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 17:25Bakıda taxta bazarı yanırBu gün, 16:57Cavanşir Məmmədov dəfn olunub - YENİLƏNİB 1Bu gün, 16:41Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 16:39Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53
Bütün xəbərlər