Bakıda fleşmobun təşkilatçısına cinayət işi açıldı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda fleşmobun təşkilatçısına cinayət işi açıldı - FOTO

17:10 - 30 / 05 / 2020
Bakıda fleşmobun təşkilatçısına cinayət işi açıldı - FOTO

Dünən saat 19 radələrində paytaxtın Səbail rayonu ərazisindəki “Fəvvarələr meydanı”nda xüsusi karantin rejimi qaydalarına zidd olaraq, “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar qısamüddətli fleşmob keçirilməsinə cəhd edilib.

Bakı Şəhər Baş Polis İdarəsindən 1news.az-a bildirilib ki, əhalinin sıx olduğu ictimai yerdə sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan bu cəhdin qarşısı Bakı Şəhər Baş Polis İdarəsinin və Bakı şəhər İcra Hakimiyyətinin aidiyyəti əməkdaşları tərəfindən alınıb, tamaşaçı qismində oraya toplaşmış insanlar ərazidən uzaqlaşdırılıb və əhalinin sərbəst hərəkəti təmin olunub.

Aparılan müvafiq araşdırmalardan sonra qısamüddətli tədbirin təşkilatçısı Əkbər Rəhmanov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, oraya toplaşmaqla xüsusi karantin rejiminin tələblərini pozan 50 nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən müvafiq tədbirlər görülüb.

Bir daha bildiririk ki, pandemiya dövründə COVID-19 virusu ilə mübarizə uzunmüddətli proses olduğundan xəstəliyə qarşı qabaqlayıcı tədbirlər hər bir şəxsin gündəlik həyat tərzinə çevrilməli, hazırkı vəziyyətdə hər kəs şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməlidir. Nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə edilməli, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsi saxlanılmalıdır.

Qafar Ağayev 

Paylaş:
663

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər