Bakıda “Könlüm Xocalı” adlı anım tədbiri keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda “Könlüm Xocalı” adlı anım tədbiri keçirilib

16:37 - 26 / 02 / 2020
Bakıda “Könlüm Xocalı” adlı anım tədbiri keçirilib

Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə fevralın 26-da Bakı Konqres Mərkəzində “Könlüm Xocalı” adlı tədbir keçirilib.

1news.az-ın məlumatına görə, tədbirdə Xocalı soyqırımının şahidləri, dövlət rəsmiləri, gənclər təşkilatlarının rəhbərləri və ölkədə fəaliyyət göstərən könüllü hərəkatları və təşkilatlarının iki minə yaxın üzvü, Polis Akademiyası, Ali Hərbi Akademiya və Dövlət Sərhəd Xidməti Akademiyasının yüzlərlə müdavimi iştirak edib.

Tədbir zamanı Xocalı soyqırımını əks etdirən xarici və yerli fotoqrafların lentə aldığı tarixi fotolardan ibarət sərgi təşkil edilmiş, həmçinin soyqırım həqiqətlərindən bəhs edən nəşr və təbliğat materialları əks olunmuş “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasının xüsusi stendi quraşdırılıb.

Eyni zamanda, tədbirdən əvvəl “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Milli Qəhrəman Əlif Hacıyevə həsr edilmiş “Qırmızı ləçəklər” kitabının təqdimatı keçirilib. 

Tədbir dövlət himninin səslənməsi və faciə qurbanlarının xatirəsinin yad olunması ilə başlanmış, iştirakçılara soyqırım barədə xüsusi hazırlanmış təqdimat nümayiş etdirilib. Bildirilib ki, 1992-ci il fevralın 25-dən - 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı həyata keçirilən soyqırım nəticəsində bir gecədə 106-sı qadın, 63-ü uşaq, 70-i ahıl insanlar olmaqla 613 nəfər xüsusi qəddarlıqla qətlə yetirilib.

Xüsusi olaraq vurğulanıb ki, bu faciənin xalqımıza qarşı soyqırım aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Bu sahədə məqsədyönlü fəaliyyət ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanıb. Ulu öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası soyqırımın tanınmasında mühüm rol oynayıb.

“Könlüm Xocalı” tədbirinin bədii hissəsində dünyaca məhşur TEULİS teatrının təqdimatında soyqırımından bəhs edən kölgə-teatral tamaşası nümayiş olunub. Fransız bəstəkar Piyer Tiluanın “Xocalı-613” adlı kompozisiyasının musiqisi ilə müşayiət olunan səhnədə soyqırım gecəsi baş vermiş dəhşətlər və bu hadisənin minlərlə insanın ümid və talelərini məhv etməsi təsvir olunub.

Tədbirdə Milli qəhrəman Əlif Hacıyevə həsr olunmuş xüsusi videoçarx nümayiş olunub. Mərhum Əlif Hacıyevin həyat yoldaşı Qalina Hacıyeva və qızı Zarina Hacıyeva çıxış edərək, Milli qəhrəmanın həyat yolundan, vətəninə, dövlətinə bağlılığından, həmçinin Qarabağ müharibəsi zamanı qəhrəmanlıqlarından danışıblar. Əlifin ailə üzvləri, həmçinin ümummilli lider Heydər Əliyev və Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Qarabağ müharibəsi şəhidlərinə yüksək ehtiramını və onların ailə üzvlərinə qayğısını vurğulayaraq, cəmiyyətimizdə, xüsusilə də gənclər arasında Qarabağ şəhidləri və veteranlarının adının uca tutulmasını qeyd ediblər.

Yekunda çıxış edən Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında fəaliyyətinə görə Heydər Əliyev Fondunun vitse-Prezidenti Leyla Əliyevaya minnətdarlığını bildirib, tədbirdə iştirak edən gəncləri və təşkilatları bu işdə fəal iştirak etməyə, beynəlxalq və regional tədbirlərdə, sosial şəbəkələrdə Azərbaycanın haqqlı mövqeyini daha da səylə qorumağa çağırıb.

1news.az

Paylaş:
559

Son xəbərlər

“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblərBu gün, 12:35Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədirBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28
Bütün xəbərlər