Bakıda Marcina ilə intim gimnastika: cinsi həyatda olan problemləri necə həll etmək olar – FOTO | 1news.az | Xəbərlər
Müsahibə

Bakıda Marcina ilə intim gimnastika: cinsi həyatda olan problemləri necə həll etmək olar – FOTO

17:05 - 29 / 01 / 2020
Bakıda Marcina ilə intim gimnastika: cinsi həyatda olan problemləri necə həll etmək olar – FOTO

@womclub_marjee səhifəsində qadınların intim bacarıqlarını artırmaq məqsədilə intim gimnastika, sertifikatlaşdırılmış vumbildinq dərsləri təşkil edilməsilə bağlı məlumat yer alır.

İlk əvvəl profil cansıxıcı, sadəcə məlumatlar toplusundan ibarət idi. Lakin yaxın günlərdə səhifədə maraqlı paylaşımlarla diqqət çəkməyə başladı. Belə ki, intim gimnastika dərsləri Marcina Jumati adlı şəxs tərəfindən keçilir.

1news.az-a verdiyi müsahibə zamanı Marcina seksual həyatın problemlərindən, cinsi əlaqə zamanı həzz almamaqdan, qadın orqanizmində baş verən xəstəliklərdən, uşaqlıq borusunun sallanmasından bəhs edib.

Onun sözlərinə görə, bütün bunlar intim əzələləri məşq etdirməklə qaçmaq mümkündür. Məhz bu məşqlər vumbildinqə əsaslanır.

Marcina deyir ki, bu kurslar insanlara Azərbaycanda barəsində danışılmayan bir çox faydalı məlumatları verir:

“Mən Dubayda yaşayan azərbaycanlılardan da bir müddət əvvəl dəvət almışdım və onlara, o cümlədən ərəb xanımlara vumbildinq öyrətmək şansım olub. Bakıya qayıtdıqda əldə etdiyim məlumatları nənəmlə bölüşdüm. Nənəm nə qədər mühafizəkar olsa da, mənim qərarımı dəstəklədi. Çünki mən ona vumbildinqlə cəmiyyətə, xüsusilə də qadınlara verə biləcəyim faydanı başa saldım. Bəlkə də nənəm həkim-ginekoloq olduğu üçün vumbildinqin tibblə əlaqəsini yaxşı anladı.

Vumbildinq ilk növbədə sağlamlıqdır. Misal üçün, hamiləlik zamanı döl ana bətnində aşağı orqanları sıxır, həmçinin idmanla fəal məşğul olan zaman, ağırlıq qaldıranda uşaqlıq borusu əyilir və ya sallanır. Əgər 50 qadın arasında sorğu aparsaq, onlardan çoxu bu problemdən əziyyət çəkdiyini söyləyə bilər. Vumbildinq dərsləri bunun qarşısını ala bilər, çünki bu, alt orqanlara lazımi dəstək verən intim əzələlərin gücləndirilməsinə yönəlib.

Bəzən qadınların çoxunda asqırmaq, öskürmək, qaçış zamanı sidikqaçırma baş verir. Güclü intim əzələləri olan qadınlardan bu hal baş vermir. Həmçinin qadınlarda erkən menopoz dövrü də yaranmır.

Həmçinin vumbildinqə məşğul olmağın üstünlüklərindən biri də intim həyat zamanı problemdir. Bəzən qadınlarda doğuşdan sonra intim əzələlər genişlənir, hissiyat azalır bu da cinsi əlaqə zamanı həyat yoldaşları arasında narazılığa, həzz almamağa gətirib çıxarır”.

Marcinanın sözlərinə görə, vumbildinqlə məşğul olmaq bir çox qadınların intim həyatına kömək edib, qadınlar etiraf ediblər ki, həyat yoldaşları ilə “ikinci baharını” yaşayırlar:

“Bu dərs proqramı mənə məxsusdur, kurslarda əldə olunan biliklərdən istifadə edərək intim gimnastikanı yaratmışam. Bu simulyatorları mənə Vumbildinq Federasiyası verir və mən də öz növbəmdə tələbələrimə təklif edirəm”.

Həmçinin Marcina bildirib ki, qadınlardan başqa kişilər üçün də məşq proqramları var ki, bu da prostat vəzisində durğun hadisələrin aradan qaldırmasına hesablanıb.

Qeyd edək ki, vumbildinq məşğələləri Caspian Plaza-da yerləşən yoqa akademiyasında keçirilir. Həmçinin Marcina Hyatt regency-də sağlamlıq gimnastikası və streçinq dərsləri də keçir.

Instagram səhifəsinə vasitəsi ilə cədvəllə tanış olmaq mümkündür.

1news.az

Paylaş:
4761

Sizin üçün xəbərlər

Son xəbərlər

Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİBBu gün, 11:55Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58
Bütün xəbərlər