“BakuTel” sərgisində “Nar” stendinə gəl, müasir smartfon qazan! – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

“BakuTel” sərgisində “Nar” stendinə gəl, müasir smartfon qazan! – FOTO

17:15 - 03 / 12 / 2019
“BakuTel” sərgisində “Nar” stendinə gəl, müasir smartfon qazan! – FOTO

Ölkənin ən gənc mobil operatoru “Nar”, “BakuTel-2019” - 25-ci  Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisində iştirak edir.

Hər zaman müştəriyönümlü addımları və yenilikləri ilə seçilən “Nar” yubiley sərgisində interaktiv stendi ilə ziyarətçiləri qarşılayır.

“Nar” abunəçiləri hesabı daha asan idarə etməyə imkan verən “Nar+” tətbiqini yükləməklə müsabiqədə iştirak haqqı qazanırlar. Bütün sərgiboyu keçiriləcək müsabiqənin qalibləri hər günün sonunda elan ediləcək və müasir smartfonla təltif olunacaqlar. Stendin diqqətçəkən xüsusiyyətlərindən biri də “Nar”ın yüksəkkeyfiyyətli şəbəkəsini özündə təcəssüm etdirən maraqlı aktivliklərin təqdim olunmasıdır. Belə ki, hər bir sərgi iştirakçısı xüsusi ayrılmış qapalı zonada virtual reallıq oyunlarını sınaqdan keçirmək şansına malikdir. Bundan başqa, ziyarətçilər həm də 4G şəbəkəsinin sürətini yerindəcə test edə bilərlər.

Mobil operator hər kəsi 3-6 dekabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək 25-ci “BakuTel-2019” sərgisindəki “Nar” stendinə dəvət edir.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8600-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Reklam hüququnda

Paylaş:
962

Son xəbərlər

Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09
Bütün xəbərlər