Buraxılış imtahanında iştirak etməyənlər qəbul imtahanında iştirak edə biləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Buraxılış imtahanında iştirak etməyənlər qəbul imtahanında iştirak edə biləcək

12:22 - 12 / 08 / 2020
Buraxılış imtahanında iştirak etməyənlər qəbul imtahanında iştirak edə biləcək

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ərizə verən, lakin hər hansı səbəbdən qəbul imtahanlarının I mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanı) iştirak etməyən abituriyentlərin imtahanın II mərhələsində iştirak etmələrinə icazə verilib.

Dövlət İmtahan Mərkəzindən 1news.az-a verilən məlumata görə, iyun ayının 10-dan iyulun 30-dək buraxılış (qəbul imtahanlarının birinci mərhələsi) imtahanları keçirilib. Qeyd olunan imtahanlarda təqribən 200 mindən çox şagird (abituriyent) iştirak edib.

Bu müddət ərzində ali və ya orta ixtisas təhsili müəssisələrinə sənəd verən, lakin üzrlü səbəblərdən (temperatur, xəstəlik və s.) imtahanlarda iştirak edə bilməyənlər üçün də DİM-ə sağlam olduqları haqqında arayış təqdim etdikdən sonra növbəti imtahan günlərinin birində imtahan verməsi üçün şərait yaradılıb. Çünki buraxılış (qəbul) imtahanları bir neçə dəfə (müxtəlif şəhər və rayonlar üzrə) keçirilib və ay yarımdan artıq davam edib. Buna görə həmin şəxslərin də imtahan verməsi üçün imkan yaradılıb.

Son vaxtlar isə Dövlət İmtahan Mərkəzinə ali təhsil müəssisələrinə sənəd verən, lakin hər hansı əsaslı bir səbəb olmadan qəbul imtahanlarının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanı) iştirak etməyən abituriyentlərin də imtahanların ikinci mərhələsinə buraxılmalarına icazə verilməsi ilə bağlı müraciətləri daxil olub.

COVID-19 infeksiyası ilə əlaqədar yaranan çətinliklər, xüsusi karantin rejimi, pandemiya şəraitinin məhdudiyyətləri və qeyd olunan müraciətlər nəzərə alınaraq Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə sənəd verən, lakin hər hansı bir səbəbdən qəbul imtahanlarının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanı) iştirak etməyən bütün abituriyentlərin (1000-ə yaxın) imtahanların ikinci mərhələsinə buraxılmasına icazə verilib.

Həmin abituriyentlər seçdikləri ixtisas qrupuna uyğun şəhər və rayonun imtahan günündə – avqustun 13, 14, 20 və ya 21-də keçiriləcək qəbul imtahanlarının ikinci mərhələsində iştirak edə bilərlər.

Lakin bu abituriyentlər nəzərə almalıdırlar ki, onlar ali təhsil müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqədə qəbul imtahanlarının ikinci mərhələsindən topladıqları bal əsasında iştirak edəcəklər. Qeyd edək ki, abituriyentlərin qəbul imtahanlarının ikinci mərhələsində maksimal olaraq 400 bal toplamaq imkanı var.

Qafar Ağayev

Paylaş:
446

Son xəbərlər

Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTOBu gün, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilirBu gün, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyirBu gün, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olubBu gün, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edirBu gün, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdirBu gün, 16:52Baş prokuror Çinə səfər edibBu gün, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilibBu gün, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”Bu gün, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilirBu gün, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilibBu gün, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilibBu gün, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıbBu gün, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!Bu gün, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edibBu gün, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıbBu gün, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıbBu gün, 13:48ABB-dən cəmi bir günə tender qarantiyasıBu gün, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıbBu gün, 13:23AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət veribBu gün, 13:18
Bütün xəbərlər