Caspian European Club Anar Bağırovun iştirakı ilə Online Round Table keçirib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Caspian European Club Anar Bağırovun iştirakı ilə Online Round Table keçirib

13:50 - 04 / 07 / 2020
Caspian European Club Anar Bağırovun iştirakı ilə Online Round Table keçirib

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırovun iştirakı ilə təşkil olunmuş iki saatlıq Online Round Table çərçivəsində sahibkarların COVİD-19 pandemiyası dövründə vəkillərin fəaliyyəti, məhkəmə sistemində keçirilən islahatlar, şirkətlərin hüquqi marifləndirilməsi istiqamətində həyata keçirilən layihələr və sahibkarlara hüquq xidmətlərin göstərilməsinin yeni üsulları müzakirə olunub.

Bu barədə Caspian European Club və Caspian Energy qrupunun sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov tədbir iştirakıçılarını salamlayaraq, son illər Azərbaycan vəkilliyinin inkişafında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilmiş fərman və sərəncamların tarixi əhəmiyyəti, sahibkarlarının maraqlarının məhkəmə müdafiəsi işində vəkillərin rolu, bu istiqamətdə vəkillərin ixtisaslaşmasının aparılmasının zəruriliyi, məhkəmə hakimiyyəti sahəsində aparılan islahatlar və islahatların azad sahibkarlığa təsiri, xüsusilə mediasiya institutunun kommersiya mübahisələrinin həllində yeri barədə məlumat vermiş, pandemiya şəraitində hüquqi xidmətlərin distant formada göstərilməsi və bunun üçün zəruri texniki bazanın mövcudluğunun bu günün ehtiyacı olduğunu qeyd etmişdir.

Görüşə moderatorluğ edən Vəkillər Kollegiyasının üzvü, Caspian European Club-un hüquq, ədliyyə və məhkəmə işləri üzrə alt komitəsinin rəhbəri Şaiq Mirzəyev  “ Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Sədri Anar Bağırovun iştirakı ilə Caspian European Club çərəivəsində ilk dəfə keçirilən görüş olduqca faydalı və maraqlı oldu. İllər boyu yığılıb qalan problemləri sahibkarlar gündəmə gətirdi və verilən suallara dair Anar müəllim tərəfindən dolğun cavabları ala bildirdilər. Eyni zamanda, sahibkarları maraqlandıran digər məsələlər də müzakirə olundu. Yerində bəzi təkliflər öz həllini tapdı. Əminəm ki, bu görüşlər ümumən bir çox sahibkarların fəaliyyətinə müsbət təsir eməklə yanaşı, biznes inkişaf edir və ölkə iqtisadiyyatı güclənir. Vəkil institutu güclü olmaqla, məhkəmə qərarları da ədalətli və qanuni olur. Belə görüşlərin sayı çoxaldıqca sahibkarların problemləri də vaxtında və operativ şəkildə daha tez həllini tapacaqdır” deyə bildirib.

Çıxışının sonunda Anar Bağırov Caspian European Club-un üzv şirkətlərinin rəhbər və nümayəndələrinin suallarını cavablandırıb və təkliflərini dinləyib.

Caspian European Club-un sədri və baş icraçı direktoru Telman Əliyev açıq və səmimi dialoqa görə Caspian European Club-un üzv şirkətlərinin top-menecerləri adından Anar Bağırova minnətdarlığını bildirib. Həmçinin Caspian European Club və Azərbaycan Respublikasının Vəkillər Kollegiyası arasında birgə ictimai nəzarət şurasının yaradılması təklifi üçün təşekkür edib.

Görüşdə Vəkillər Kollegiyasının aparatının rəhbəri Fərhad Nəcəfov, apparat rəhbərinin müavini Anar Əsədov, aparatın beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Sayad Qılıcov və Kollegiyanın Sumqayıt Regional Vəkil Bürosunun müdiri Anar Qasımlı da iştirak etmişdir.

İlk dəfə keçirilən Online Round Table – konkret sahə və sahəarası təkliflərin və problemlərin müzakirəsi üçün Azərbaycan, Gürcüstan və Qazaxıstanda Caspian European Club tərəfindən hər həftə keçirilir.

Telman Əliyevin sözlərinə görə, sıralarında dünyanın 50 ölkəsindən 5 000 artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan Caspian European Club-un əsas məqsədi Azərbaycanda və Caspian European Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə  investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirakdan ibarətdir.

Biznes-netvorkinq üçün beynəlxalq platforma olan Caspian European Club mütəmadi olaraq CEO Brunch, CEO Lunch, Business Tour və s. kimi müxtəlif tədbirlər təşkil edir. Onlayn biznes-treninqlər çərçivəsində yerli və xarici mütəxəssislərlə vebinarlar, treninq və seminarlar keçirilir. Caspian European Club-un mənzil-qərargahı Bakıda (Azərbaycan) yerləşir. Caspian European Club-un, həmçinin Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, eyni zamanda dünyanın bir sıra ölkələrində səlahiyyətli nümayəndələri var.

1news.az

Paylaş:
857

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir23 / 04 / 2024, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ23 / 04 / 2024, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik23 / 04 / 2024, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldı23 / 04 / 2024, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTO23 / 04 / 2024, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb23 / 04 / 2024, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik23 / 04 / 2024, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik23 / 04 / 2024, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi23 / 04 / 2024, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıb23 / 04 / 2024, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var23 / 04 / 2024, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”23 / 04 / 2024, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşüb23 / 04 / 2024, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik23 / 04 / 2024, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür23 / 04 / 2024, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTO23 / 04 / 2024, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edir23 / 04 / 2024, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edib23 / 04 / 2024, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEO23 / 04 / 2024, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİB23 / 04 / 2024, 13:55
Bütün xəbərlər