“Cənab Prezident, qətiyyətli qərarlarınızla bir daha sübut etdiniz ki, hər bir vətəndaşın yanındasınız” – Vətəndaş məktubları | 1news.az | Xəbərlər
Siyasət

“Cənab Prezident, qətiyyətli qərarlarınızla bir daha sübut etdiniz ki, hər bir vətəndaşın yanındasınız” – Vətəndaş məktubları

16:59 - 01 / 06 / 2020
“Cənab Prezident, qətiyyətli qərarlarınızla bir daha sübut etdiniz ki, hər bir vətəndaşın yanındasınız” – Vətəndaş məktubları

Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır.

Görülən işlər dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir qismini təqdim edir.

Kifayət İbrahimovadan, Şəmkir, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Bu pandemiya dövründə gördüyünüz tədbirlər üçün Sizə çox təşəkkür edirəm. Sizin uzaqgörənliyiniz və müdrikliyiniz hesabına Azərbaycan xalqı həmişə bir addım öndə olmuş, böyük təhlükə yarada biləcək hadisələrə qarşı vaxtında və sanballı işlər görmüşdür. Hazırda dünyanın bəlasına çevrilən koronavirusla mübarizə dövrü də bunu bir daha göstərdi.

Cənab Prezident, biz hər birimiz əminik ki, Sizin xalqımıza göstərdiyiniz qayğı, həyata keçirilən ciddi və ardıcıl tədbirlər ölkəmizi koronavirus bəlasından tezliklə qurtaracaq.

Allah Sizi və ailənizi pənahında saxlasın”.

Cahangir Qaraşovdan, Salyan, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Son illər ərzində Azərbaycanın bütün bölgələrində olduğu kimi, doğma Salyanın da hər yerində abadlıq və quruculuq işləri geniş vüsət almışdır. Kənd təsərrüfatının inkişafı, insanlara qayğı və diqqət ürəyimizcədir. Xüsusilə, qeyd etmək istəyirəm ki, aqrar sahənin inkişafına verilən dəstək sahəsində həm əkin sahələri genişlənir, həm də insanların güzəranı yaxşılaşır. Torpağa bağlanmaq və əkin-biçin işləri aparmaq istəyən vətəndaşlar üçün geniş imkanlar və əlverişli şərait yaradılmışdır.

Əziz Prezidentimiz, bütün bunlara görə Sizə dərin minnətdarlığımı bildirirəm. Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə yaşadığım Sarvan kəndinin ağsaqqalları, ziyalıları və şəhid ailələri adından Sizi təbrik edir, Sizə və ailənizə Ulu Tanrıdan cansağlığı və işlərinizdə uğurlar arzulayıram”.

Qənbər Hümbətovdan, Bakı, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Vətəndaşların rahatlığı və sağlamlığı üçün verdiyiniz hər bir qərara görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sizin rəhbərliyinizlə ölkəmizdə həyata keçirilən tədbirlər həm insanların koronavirus xəstəliyindən qorunması, həm də iqtisadiyyatımızın böhrandan xilas olması ilə nəticələndi. Bu infeksiyanın dünyanın ən qüdrətli ölkələrində böyük tələfatlara səbəb olsa da, Azərbaycana ciddi ziyan vura bilməməsi bir daha göstərdi ki, respublikamızda dövlət və xalq birliyi güclüdür. Xalqın dövlətə, rəhbərliyə sevgisi və hörməti sonsuzdur.

Ailəmiz adından bir daha Sizə minnətdarlıq edirəm. Allah Sizə uzun ömür, cansağlığı versin. Biz həmişə Sizi dəstəkləyirik”.

Mirzəhüseyn Miriyevdən, Lənkəran, Azərbaycan

“Hörmətli cənab Prezident.

Sizin uzaqgörən, müdrik siyasətinizin, vaxtında verilən Sərəmcamlarınızın nəticəsi olaraq, ölkəmiz COVID-19 virusundan ən az itki ilə qurtulmaqdadır. Bu gözəgörünməz virusla mübarizədə vətəndaşların məlum qərarlarınızla dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatələnməsi, kasıb, imkansız, əlil və aztəminatlı ailələrə edilən maddi və mənəvi dəstək bir daha sübut edir ki, Siz hər bir Azərbaycan vətəndaşının yanındasınız. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xalqa müraciəti və eyni zamanda, Heydər Əliyev Fondu tərəfindən aztəminatlı, kasıb ailələrə, əlillərə edilən yardımlar xalqını, millətini sevən, onun sağlamlığını hər şeydən üstün tutan rəhbərimizlə fəxr etməyimizə haqq qazandırır.

Azərbaycanda qısa müddətdə bu gözəgörünməz düşmənlə mübarizə üçün tikilən klinika və modul tipli xəstəxanalar, innovativ sənaye əsasında yaradılmış tibbi resurslar, o cümlədən tibbi maska və tibbi geyimlər istehsal edən müəssisələrin işə başlaması Sizin uzaqgörən siyasətinizin nəticəsidir. COVID-19 pandemiyası dövründə xalqın sosial, maddi rifahı naminə göstərdiyiniz qayğıya görə Sizə minnətdarlığımı bildirirəm. Bu bəlaya az itki ilə qalib gəlməyiniz üçün Allahdan Sizə güc, qüvvət arzu edirəm. Qətiyyətli qərarlarınızla bir daha sübut etdiniz ki, hər bir vətəndaşın yanındasınız. Sizə və ailənizə Allahdan cansağlığı, uzun ömür və xoşbəxtlik arzu edirəm”.

Rəvan İsmayılzadədən, Sumqayıt, Azərbaycan

“Hörmətli cənab Prezident.

Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində atdığınız qətiyyətli addımlara, göstərdiyiniz diqqət və qayğıya görə öz adımdan və ailəmin adından Sizə dərin minnətdarlığımı bildirirəm. Açılışında iştirak etdiyiniz “Yeni klinika” tibb müəssisəsini pandemiya ilə mübarizə məqsədilə xalqımızın xidmətinə verməyiniz əhalinin sağlamlığının qorunmasına yüksək diqqət göstərməyinizin bariz nümunəsidir. İnsanların sağlamlığının qorunması məqsədilə bir çox sahələrdə, o cümlədən tədrisin onlayn şəkildə evdən həyata keçirilməsinə şərait yaradılıb. Bu təşəbbüs də dövlət tərəfindən irəli sürüldü. Ölkəmizi müxtəlif təhdidlərdən qoruyan, onun davamlı və böyük uğurlar əldə etməsinə imkan yaradan mühüm səbəblərdən biri məhz Liderlə xalq arasında olan bağlılıqdır. Allah Sizi və xalqımızı qorusun. Biz birlikdə güclüyük”.

Nəzrin Məmmədzadədən, Sumqayıt, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Mənim 14 yaşım var. Mən Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın 8-ci sinfində təhsil alıram. Mən fəxr edirəm ki, Sizin kimi dünya arenasında öz sözünü deyə bilən Prezidentim var. Hazırda bütün dünya koronavirus pandemiyası ilə mübarizə aparır. Sizin uzaqgörən siyasətiniz və çevik, təxirəsalınmaz qərarlarınız sayəsində ölkəmiz bu virusla mübarizədən qalib ayrılmaq üzrədir. Bu virusla mübarizənin qarşısının alınması üçün atdığınız hər bir addımla qürur duyuruq. Yeni xəstəxanalar, qoruyucu maska və qoruyucu geyimlərin istehsalı müəssisələrinin açılışı Sizin xalqın qayğısına qalmağınızın bariz nümunəsidir. Siz bu çətin məqamda daim xalqın yanında oldunuz və bu virusla mübarizənin daha da iri miqyasda aparılmasına öz tövhənizi verdiniz. Biz də bir vətəndaş, şagird olaraq öz üzərimizə düşən vəzifəni yerinə yetiririk. “Evdə qal” çağırışına uyğun olaraq təhsilimizi evdən onlayn şəkildə davam etdiririk. Evdən çölə çıxmırıq. Biz Sizinlə fəxr edirik. Biz Azərbaycanın çiçəklənməsinə, inkişafına, sağlam böyüməyimizə görə atdığınız hər bir addımı dəstəkləyirik və daim Sizin yanınızdayıq. Azərbaycan Sizinlə fəxr edir, Sizdən ilham alır və qürur duyur. Biz, Azərbaycana göstərdiyiniz qayğı və diqqətə görə Sizə minnətdarıq. Mən ailəmizin və təhsil aldığım Təbiət Elmləri Təmayüllü Gimnaziyanın kollektivi adından Sizə təşəkkür edirəm”.

Sima Xudaverdiyevadan, Bakı, Azərbaycan

“Hörmətli cənab Prezident.

Bu gün bütün dünya koronavirus pandemiyası ilə mübarizə aparır. Sizin və Mehriban xanımın bu pandemiyaya qarşı mübarizədə həyata keçirdiyiniz tədbirlərə görə dərin minnətdarlığımı bildirirəm.Mən karantin dövründə iki dəfə işsizlərə ayrılan birdəfəlik ödəmə, bundan əlavə ərzaq yardımı ilə təmin olundum.

Sizin xalqsevərliyiniz, alicənablığınız və xeyirxahlığınız qarşısında baş əyir, Sizə və ailənizə cansağlığı, şərəfli işinizdə yeni uğurlar arzulayıram”.

Ağa Ağamaliyev, Nurlan Bürcəlizadə, Elşən Aydınov, İslam İmanov və Şamxal Məhərrəmov, Salyan, Azərbaycan

“Hörmətli cənab Prezident.

Sizin Salyan rayonuna səfəriniz çərçivəsində Kürsəngi kəndində pambıqçılarla görüşünüz zamanı pambıqçılığın zəngin ənənələrinin bərpa edilməsi və bu sahənin əvvəlki şöhrətinin qaytarılması üçün müvafiq tapşırıqlar verməyiniz bizim üçün əvəzsiz töhfə olmuşdur. Pambıqçılığın inkişaf etdirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir və bunun nəticəsi olaraq pambıqçılıqda çoxsaylı iş yerləri yaranmışdır. Bu, kəndimizin əhalisinin maddi vəziyyətini yaxşılaşdıraraq, dövlətimizə və ümumi işimizə xeyir vermişdir.

Möhtərəm Prezident, pambıqçılığa böyük yer verdiyiniz üçün kənd əhalisi işlə təmin olunub, hamı işləyir, qazanır, evinə çörəkpulu aparır. Kürsəngi kəndinin gənclərinin adından Sizə minnətdarlığımızı bildiririk. Çox sağ olun. Allah Sizə cansağlığı, uzun ömür versin”.

Xalidə Tapdıqovadan, Bakı, Azərbaycan

“Əziz Prezidentimiz.

Biz fəxr edirik ki, Sizin kimi dövlət başçımız var. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı olaraq, xalqımızın üzləşdiyi çətin günlərdə həmişə çıxış yolu tapıb xalqı öz arxanızca aparmısınız. Pandemiya dövründə də çox ciddi tədbirlər gördünüz, Azərbaycan xalqını qorudunuz. Dünyanın bir çox ölkələri ilə müqayisədə Azərbaycan az itki verdi. Biz qocalara xüsusi həssaslıqla yanaşılması cəmiyyətdə böyük rəğbətlə qarşılandı. Ona görə də, bütün ailəmin adından Sizə çox-çox minnətdarlıq edirəm. Allah Sizə ailənizlə birlikdə möhkəm cansağlığı, uzun ömür versin”.

Nicat İsmayılovdan, Bakı, Azərbaycan

“Əziz Prezidentimiz.

Dünyanı koronavirus adlı gözəgörünməz düşmənin silkələdiyi çətin bir zamanda xalqımızın sağlamlığı naminə gördüyünüz çox böyük işlər bu məktubu Sizə ünvanlamaq üçün mənə ruh və cəsarət verdi.

Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatında birləşən minlərlə gənc bu gün Sizin hər bir addımınızı diqqətlə izləyir, xalqımızın rifahı naminə verdiyiniz qərarları çox böyük məmnuniyyət hissi ilə bəyənir və dəstəkləyir. Siz uğurlu siyasətiniz, qətiyyətli addımlarınız, Vətənə və xalqa sonsuz sevginizlə bu gün biz gənclərin bənzəmək istədiyimiz qəhrəmanımıza çevrilmisiniz.

Möhtərəm cənab Prezidentimiz, Sizin və çox sevdiyimiz hörmətli Mehriban xanımın xüsusi diqqəti, qayğısı sayəsində xalqımız koronavirusla dünyanın ən nəhəng dövlətlərinin belə həsəd aparacağı əzmkarlıqla mübarizə aparır. Azərbaycanda yaşayan, doğma ölkəmizin vətəndaşı olan hər bir insan üçün Siz çətin günün dostu, arxa-dayağı oldunuz. “Biz birlikdə güclüyük!” deməklə xalqımızı səfərbər etdiniz. Hamı bu fikrin ətrafında sıx birləşərək həmrəylik göstərdi.

Eyni zamanda, qeyd etməliyik ki, insanların həyatının qorunmasına, təhlükəsizliyinin təmin olunmasına, rifahının yüksəldilməsinə xidmət edən mükəmməl daxili siyasətiniz ölkəmizin beynəlxalq imicinin möhkəmlənməsinə yönəlmiş xarici siyasətlə tamamlanır. Qoşulmama hərəkatına üzv olan ölkələrin dövlət başçıları ilə Sizin birbaşa təşkilatçılığınızla keçirilən videokonfrans Azərbaycanın dünyada söz sahibi olan dövlətlərdən olduğunu bir daha sübut etdi.

Biz tələbə-gənclər bütün bunları görür, Sizinlə həmrəy olur, Sizinlə qürur duyuruq. Qoy hamı bilsin ki, biz hər zaman sevimli Prezidentimizləyik, Sizin qərarlarınızı ürəkdən bəyənirik və dəstəkləyirik”.

S.Xankişiyeva

Paylaş:
710

Son xəbərlər

Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyir18 / 04 / 2024, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub18 / 04 / 2024, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edir18 / 04 / 2024, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdir18 / 04 / 2024, 16:52Baş prokuror Çinə səfər edib18 / 04 / 2024, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib18 / 04 / 2024, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”18 / 04 / 2024, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir18 / 04 / 2024, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilib18 / 04 / 2024, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilib18 / 04 / 2024, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb18 / 04 / 2024, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!18 / 04 / 2024, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edib18 / 04 / 2024, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıb18 / 04 / 2024, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb18 / 04 / 2024, 13:48ABB-dən cəmi bir günə tender qarantiyası18 / 04 / 2024, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıb18 / 04 / 2024, 13:23
Bütün xəbərlər