Cinayət-Prosessual Məcəlləsində vacib dəyişikliklər: artıq məhkəməyə getməyə ehtiyac qalmayacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Cinayət-Prosessual Məcəlləsində vacib dəyişikliklər: artıq məhkəməyə getməyə ehtiyac qalmayacaq

11:34 - 13 / 07 / 2020
Cinayət-Prosessual Məcəlləsində vacib dəyişikliklər: artıq məhkəməyə getməyə ehtiyac qalmayacaq

"Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikası Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanı ilə verilmiş tapşırıqların icrası çərçivəsində hazırlanıb.

1news.az bildirir ki, qanunun məqsədi cinayət mühakimə icraatında müasir informasiya- kommunukasiya texnologiyalarının üstünlüklərindən istifadə edilməsini, habelə xüsusi karantin rejimində və digər xüsusi hallarda cinayət prosesinin videokonfrans əlaqə vasitəsilə davam etdirilməsini təmin etməkdir. 

Qanun bütövlükdə cinayət mühakimə icraatında innovativ üsullardan istifadə etməklə effektivliyin yüksəldilməsi, məhkəməyə müraciət etmək imkanlarının genişləndirməsi, habelə süründürməçilik və sui-istifadə hallarının qarşısının alınması məqsədi ilə hazırlanıb.

Qanunda nəzərdə tutulan yeniliklər aşağıdakılardır:

- cinayət mühakimə icraatının "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə aparılması qaydası müəyyən olunur;

- cinayət prosesi iştirakçılarının məhkəmə və istintaq orqanına gəlmədən videokonfrans əlaqə sistemindən istifadə etməklə prosesdə iştirakı prosedurları tənzimlənir;

- cinayət mühakimə icraatının məhkəmə protokollarında tam və hərtərəfli əks etdirilməsi məqsədilə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparılması tələbi əks etdirilir;

- iqtisadi sahədə olan cinayətlərə görə zərərçəkmiş şəxslə barışma, ziyanın ödənilməsi və dövlət büdcəsinə ödəniş edilməsi şərti ilə cəzadan azad etmənin qaydası nəzərdə tutulur;

- məhkəmə icraatı uzadılmadan hazırlıq iclasında cinayət təqibinə xitam verilməsi imkanları genişləndirilir;

- kassasiya şikayəti (protesti) verilməsi müddətləri qısaldılır, habelə onların verilməsi və baxılması qaydası təkmilləşdirilir;

- xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması üzrə icraatın aparılması qaydası müəyyən edilir.

Qanun 2020-ci il iyulun 15-dən qüvvəyə minir.

1news.az

Paylaş:
623

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTOBu gün, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTOBu gün, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEOBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45
Bütün xəbərlər