Çinin əhalisinin sayı 1,4 milyardı keçdi | 1news.az | Xəbərlər
Dünya

Çinin əhalisinin sayı 1,4 milyardı keçdi

16:43 - 17 / 01 / 2020
Çinin əhalisinin sayı 1,4 milyardı keçdi

Hong Konq, Makao və Tayvanın xüsusi inzibati bölgələri istisna olmaqla, Çin əhalisi 2019-cu ilin sonunda 4,67 milyon nəfər artaraq 1,4 milyard nəfəri keçib.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bu barədə Çinin Dövlət Statistika Bürosunun xəbərində deyilir.

2018-ci ildə Çinin əhalisi 5,3 milyon nəfər artmışdır.

2019-cu ildə ölkədə 14,65 milyon yeni doğulan uşaq qeydə alınıb, doğuş koefisienti hər min nəfərə 10,48 olub. Elə həmin il Çində 9,98 milyon insan dünyasını dəyişib və ölüm nisbəti minə 7,14 təşkil edib. Əhalinin təbii artımı hər min nəfərə 3,34 təşkil edib. Kişi əhalisinin sayı 715,27 milyon, qadınlar 684.78 milyon olub. Sakinlərin ümumi sayı 1 milyard 400 milyon 50 min nəfərə çatıb.

16 yaşdan 59 yaşa qədər ümumi əmək qabiliyyətli əhalinin sayı 2019-ci ildə 897,29 milyon nəfərdən 896,4-ə düşmüşdür ki, bu da ümumi əhalinin 64 faizini təşkil edir. 2018-ci ildə bu göstərici 64,3% olub.

2019-ci ilin sonunda Çində 60 yaşdan yuxarı 253.88 milyon, 65 yaşdan yuxarı insanların sayı isə 176,03 milyon nəfərə (2018-ci ildə 166,58 milyon) çatdı ki, bu da ölkə ümumi əhalisinin 12,6 faizini təşkil edir.

İl ərzində şəhər əhalisi 17,06 milyon artaraq 848,43 milyon nəfər, kənd əhalisi isə 12,39 azalaraq 551,62 milyon nəfər təşkil edib. Şəhər əhalisinin payı 59,58 faizdən 60,6 faizə yüksəlib.

1news.az

Paylaş:
1915

Son xəbərlər

Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblərBu gün, 12:35Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədirBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57
Bütün xəbərlər