Çovdarda 100 min ağac tingi yetişdiriləcək – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Çovdarda 100 min ağac tingi yetişdiriləcək – FOTO

15:30 - 22 / 11 / 2019
Çovdarda 100 min ağac tingi yetişdiriləcək – FOTO

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) qiymətli və əlvan metal yataqlarının işlənilməsi istiqamətində fəaliyyət göstərən dağ-mədən şirkəti olaraq, hasilat prosesi zamanı ətraf mühitə təsirlərin minimuma endirilməsi istiqamətində ardıcıl ekoloji tədbirlər həyata keçirməkdədir.

Bu tədbirlərin davamı olaraq, Cəmiyyət "Regional İnkişaf" İctimai Birliyi və İDEA İctimai Birliyi ilə birgə əməkdaşlıq çərçivəsində ətraf mühitin mühafizəsi istiqamətində yeni yaşıllaşdırma layihəsinin icrasına başlayır.

Layihə çərçivəsində Balakən rayonunda yerləşən meşə ərazisindən 500 kq-dan çox palıd qozası tədarük edilib. Palıd qozalarından ayrılan 100 mindən çox toxum Çovdar Filiz Emalı sahəsində tingliyin salınması üçün istifadə olunacaq. Hal-hazırda 20 mindən çox toxum aqrotexniki qaydalara uyğun olaraq əkilib və əkim prosesi davam etdirilir.

Layihənin məqsədi yaşıllaşdırma işlərinin həyata keçirilməsi ilə ətraf mühtin mühafizəsi, həmçinin mədən ərazilərində hasilat zamanı təbiətə potensial mənfi təsirlərin qarşısının alınmasıdır.

Tinglərin daimi yerinə köçürülməsini təmin etmək üçün müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub. Qeyd edək ki, yetişdiriləcək palıd tingləri ağacəkmə aksiyalarında istifadə edilərək təqribən 40 hektara yaxın ərazinin yaşıllaşdırılmasına imkan yaradacaq.

Xatırladaq ki, Cəmiyyət ekoloji  siyasət çərçivəsində öhdəliklərin yerinə yetirilməsi məqsədilə fəaliyyət göstərdiyi ərazilərdə ekoloji tarazlığın qorunması və bərpası istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və bu sahədə fəaliyyət göstərən digər aidiyyatı dövlət və özəl qurumlarla birgə davamlı işlər həyata keçirir. Çovdar filiz emalı sahəsində ekoloji monitorinq proqramına uyğun mütəmadi olaraq tozölçmə işlərinin həyata keçirilməsi, torpaq, su hövzələri və su tutarlarından götürülən nümunələr əsasında təhlillərin aparılması, eyni zamanda istehsalat prosesi nəticəsində yaranan bütün növ tullantıların qanuna müvafiq şəkildə idarə olunması kimi tədbirlər “AzerGold” QSC tərəfindən reallaşdırılmaqdadır. QSC tərəfindən ekoloji siyasət çərçivəsində ətraf ərazilərin tullantılardan təmizlənməsi üçün mütəmadi iməcilik aksiyaları keçirilir. Bu kimi tədbirlərin həyata keçirilməsi nəticəsində Çovdar Filiz Emalı sahəsində bugünədək 8000-dən artıq ağac və kol əkilib, yaşıllıqlar salınıb.

Reklam hüququnda

 

Paylaş:
772

Son xəbərlər

Builki bayram günlərində ötən il ilə müqayisədə yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53
Bütün xəbərlər