Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Brüsseldə Ermənistan-Azərbaycan münaqişəsindən danışıb | 1news.az | Xəbərlər
Siyasət

Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Brüsseldə Ermənistan-Azərbaycan münaqişəsindən danışıb

10:12 - 06 / 12 / 2019
Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Brüsseldə Ermənistan-Azərbaycan münaqişəsindən danışıb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşəbbüsü ilə Avropa İttifaqının (Aİ) siyasi mərkəzi Brüsseldə nüfuzlu beyin mərkəzi olan Avropa Siyasət Mərkəzində (EPC) "dəyirmi masa" keçirilib.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən 1news.az-a verilən məlumata görə, Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbərliyinin, Aİ-nin Azərbaycandakı nümayəndəliyinin, Brüsseldəki müxtəlif qurum və təşkilatların iştirak etdiyi görüşdə əsas müzakirə mövzusu Azərbaycanla Aİ münasibətləri və Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı son vəziyyət olub.

Tədbirdə Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərin mövcud vəziyyəti müzakirə olunaraq yenilənməsi gözlənilən çərçivə sazişi ilə bağlı danışıqlardan bəhs edilib. BMTM-in sədri Fərid Şəfiyev qonaqlara bildirib ki, Azərbaycan Aİ ilə bərabərhüquqlu tərəfdaşlıqda maraqlıdır və tərəflər arasındakı enerji və nəqliyyat sahəsində artıq reallaşdırılmış çoxsaylı layihələr bu tərəfdaşlıq üçün əhəmiyyətli zəmin hazırlayıb.

Daha sonra Fərid Şəfiyev tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, Ermənistan beynəlxalq hüququ kobud şəkildə pozaraq Dağlıq Qarabağ və ətraf rayonların qanun işğalını davam etdirir. O, qeyd edib ki, Ermənistan baş naziri Nikol Paşinyanın danışıqlar prosesini pozan populist və əsassız bəyanatları nəticəsində bu il ərzində problemin həlli istiqamətində irəliləyiş əldə olunmayıb. F.Şəfiyev Avropa İttifaqını münaqişənin həllinə regiondakı oxşar digər münaqişələrə göstərilən diqqət və dəstəyi göstərməyə çağırıb.

Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev işğal nəticəsində öz vətənindən didərgin düşən insanların uzun illərdir məcburi köçkün statusunda yaşamasının və onların fundamental hüquqlarının pozulmasının yolverilməz olduğunu bildirib. O, icma rəhbəri seçilməsindən keçən bir il ərzində icmanın gördüyü işlərdən bəhs edib və münaqişənin sülh yolu ilə həllinə dəstək olmaq üçün Dağlıq Qarabağın erməni əhalisi ilə danışıqlara hazır olduğunu diqqətə çatdırıb.

S.Xankişiyeva

Paylaş:
423

Son xəbərlər

Bakıda təkər satışı və təmiri mərkəzində yanğın təhlükəsizliyi tələbləri kobud şəkildə pozulub - FOTO - VİDEOBu gün, 10:19Ölkəmizdə Beynəlxalq Əmlak və İnvestisiya Zirvəsi keçiriləcək!Bu gün, 10:15Əlahiddə Ümumqoşun Ordunun istismarda olan avtomobil texnikalarına texniki baxış keçirilib - FOTOBu gün, 10:02Mədəniyyət Nazirliyinin “Yaradıcı müzakirələr” layihəsi davam edirBu gün, 09:59TƏBİB sürücülərə müraciət etdi - “Yol ver, həyat qurtar!”Bu gün, 09:49Cəbrayılda minalar aşkarlanıbBu gün, 09:36Ədliyyə Nazirliyi Gənclər Mərkəzi İctimai Birliyinin yeni sədrini təsdiq etdiBu gün, 09:32ADY: Dəmiryol keçidlərində sürücü diqqətsizliyi bu gün iki qəzaya səbəb olub - FOTOBu gün, 09:23AMB valyuta məzənnələrini açıqladıBu gün, 09:17Bakının bir sıra yollarında sıxlıq yaranıb - SİYAHIBu gün, 09:112024-cü ilin ilk 3 ayında paytaxtda yol qəzalarında ölənlərin sayı açıqlandıBu gün, 09:04Azərbaycanlı Mərakeş Krallığının ən yüksək zirvəsini fəth etdi - FOTO15 / 04 / 2024, 19:27Bu ilin ilk rübündə informasiya və rabitə xidmətlərinin həcmi 10 faizdən çox artıb15 / 04 / 2024, 17:48TuranBank-la Asiya İnkişaf Bankı arasında ticarət maliyyələşdirilməsi üzrə saziş imzalandı15 / 04 / 2024, 17:41Bakıda gəzinti gəmiləri niyə işləmir? - Rəsmi AÇIQLAMA15 / 04 / 2024, 17:29İmişlidə 2 məktəblinin cərəyan vurması nəticəsində ölməsi ilə bağlı cinayət işi başlanıb15 / 04 / 2024, 17:16DSX-nin Xüsusi Məktəbinin V sinfinə qəbul üçün keçirilən imtahanın nəticələri elan edilib15 / 04 / 2024, 16:58Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlanılır15 / 04 / 2024, 16:34Nəqliyyat və turizm sektorları arasında görüş keçirilib15 / 04 / 2024, 16:23Ötən həftə azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb15 / 04 / 2024, 15:53
Bütün xəbərlər