ru

Rəsmi

22 Yanvar saat 17:22

Davosda Azərbaycan Prezidenti İlham Əliyevlə Polşa Prezidenti görüşüb

Davosda Azərbaycan Prezidenti İlham Əliyevlə Polşa Prezidenti görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda Polşa Respublikasının Prezidenti Andjey Duda ilə görüşüb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, görüşdə ölkələrimiz arasında əlaqələrin inkişafı məsələləri müzakirə olundu, neft-qaz sektorunda əməkdaşlıq imkanlarının araşdırılması, həmçinin regionda və dünyada mövcud geosiyasi vəziyyət haqqında fikir mübadiləsi aparıldı.

Söhbət zamanı bu ilin iyun ayında Tallində keçiriləcək Üç Dəniz Təşəbbüsündə Azərbaycanın da iştirak etməsinin əhəmiyyəti vurğulandı, Vışeqrad Qrupu və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın daha da dərinləşdirilməsi məsələləri müzakirə olundu.

S.Xankişiyeva

BÖLMƏDƏ YENİ

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News", İnformasiya Agentliyi
Bütün hüquqlar qorunur