ru

Cəmiyyət

12 Avqust saat 12:00

Dənizdə batan 4 uşaqdan sonuncusunun meyiti tapılıb

Dənizdə batan 4 uşaqdan sonuncusunun meyiti tapılıb

Avqustun 10-da Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsinin qeyri-çimərlik (nəzarətsiz) ərazisində batan 2009-cu il təvəllüdlü Zeynəb Ramin qızı Cəfərzadənin axtarışları başa çatıb.

1news.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, Z.Cəfərzadənin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, sözügedən hadisə zamanı əmiuşağı olan iki bacı və bacı-qardaş dənizdə batıb. Uşaqlardan üçünün meyiti həmin gün tapılsa da, Cəfərzadə Zeynəbin meyitini tapmaq mümkün olmamışdı.

1news.az

 

 

 

BÖLMƏDƏ YENİ

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News", İnformasiya Agentliyi
Bütün hüquqlar qorunur