Deputat: “Dövlət başçısının çıxışı hər bir tarixçinin qarşısında məsul vəzifələr qoyur” | 1news.az | Xəbərlər
Siyasət

Deputat: “Dövlət başçısının çıxışı hər bir tarixçinin qarşısında məsul vəzifələr qoyur”

17:16 - 04 / 06 / 2020
Deputat: “Dövlət başçısının çıxışı hər bir tarixçinin qarşısında məsul vəzifələr qoyur”

Ötə gün Prezident İlham Əliyev Tərtərdə Olimpiya kompleksinin açılışında çıxışı zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışıb. Dövlət başçısı bildirib ki, İndiki Ermənistan Respublikasının ərazisi qədim Azərbaycan torpağıdır. XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrgöstərir ki, indiki Ermənistanın bütün ərazisindəki toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir.

Məsələ bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Anar İsgəndərov bildirib ki, İrəvan tarixi Azərbaycan torpağıdır.

“Hansı toponimə, oronimə, oykonimə əlinizi  uzatsanız Türk sözüdür, Azərbaycan sözüdür. Prezident İlham Əliyev bu mənada da Azərbaycan tarixçilərinə tövsiyə etdi ki, qərbi Azərbaycanla bağlı nə tarixi nə varsa onları gündəmə gətirin, onlarla bağlı kitablar yazın. Dövlət başçısı dedi ki, əgər İrəvan Azərbaycan torpağı olmasaydı onda niyə Azərbaycan bu torpağın verilməsilə bağlı qərar çıxarıb?Deməli bu tarixi Azərbaycan torpağıdır,bununla yanaşı Zəngəzur da Azərbaycan torpağıdır, bəs ermənilər kimdir? – Dövlət başçısı cavab verir, əgər 1978-ci ildə Dağlıq Qarabağda Ermənilərin bu ərazilərə köçürülməsinin 150 illiyi bayram edilirsə, abidə qoyulursa, deməli ermənilər özləri özlərini ifşa edir ki, düz 150 il əvvəl – 1828-ci ildə bu əraziyə gəliblər.

Tarixçilər ermənilərin bu əraziyə gəlməsi ilə bağlı tarixi həqiqətləri ortaya çıxarmalıdır. Rus tarixçiləri yazır ki, 19-cu əsrin 20-ci illərinin  ortalarında, 20-ci əsrin əvvəllərində 1 milyon 300 mi erməni Cənubi Qafqaza köçürülüb. İkinci bir tarixi hadisə, İrəvan və Naxçıvan xanlıqları Çar Rusiyası tərəfindən işğal olunduqdan 1 ay sonra mart ayının 22-də Novruz bayramı günlərində bu xanlıqların ərazilərində Erməni vilayəti yaradıldı. Əgər var idisə niyə yaradıldı?! Bununlar onu göstərir ki, Qərbi Azərbaycan adlandırdığımız, indiki Erməsnistan Respublikasının yerləşdiyi torpaqlar tarixi Azərbaycan torpağıdır.

Tarixi torpaqlarımızla bağlı mübarizələrimizi davam etdirməliyik. Dövlət başçısının çıxışı hər bir tarixçinin qarşısında məsul vəzifələr qoyur, biz tarixçilər də bu istiqamətdə işlərimizi davam etdirəcəyik.  Əslində bu mübarizənin bünövrəsi ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdu və bu gün Dövlət başçısı İlham Əliyev tərəfindən tarixçilə qarşısında bu məsul vəzifələr qoyulub və bu istiqamətdə də işlər gedir".

Deputat deyib ki, erməni ideologiyası elə faşist ideologiyasıdır.

“Erməni ideologiyasında heç bir günahı olmayan minlərlə insanın məhv edilməsi, gözlərinin çıxarılması, dərisinin soyulması var. Halbuki klassik faşizm dünyaya nə qədər bəlalar gətirmiş olsa da klassik faşizmdə ermənilərin törətdiyi vəhşiliklər yoxdur.Cinayət var, amma ermənilər qədər deyil.Təbii ki, müharibə dövründə Paşinyanın babasının, Qaragin Nidjenin qulluq etməsi onu göstərir ki, erməni ideologiyası ilə faşist ideologiyası eynidir”.

Qafar Ağayev

Paylaş:
963

Son xəbərlər

İcma: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 17:25Bakıda taxta bazarı yanırBu gün, 16:57Cavanşir Məmmədov dəfn olunub - YENİLƏNİB 1Bu gün, 16:41Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 16:39Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53
Bütün xəbərlər