Deputat: “İlham Əliyevin Qoşulmama Hərəkatının adından çıxış etməsi Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzunun göstəricisidir” | 1news.az | Xəbərlər
Siyasət

Deputat: “İlham Əliyevin Qoşulmama Hərəkatının adından çıxış etməsi Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzunun göstəricisidir”

11:20 - 23 / 09 / 2020
Deputat: “İlham Əliyevin Qoşulmama Hərəkatının adından çıxış etməsi Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzunun göstəricisidir”

“Azərbaycan BMT müstəvisində fəal diplomatiya həyata keçirir. Ölkəmiz dünyanın ən böyük beynəlxalq təşkilatı olan BMT-nin tibunasından inkişaf və tərəqqisi siyasətini, xüsusilə Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırır”.

1news.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

“Bu baxımdan, Azərbaycan  Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında dərin məzmumlu və əhatəli çıxış etdi. Cənab Prezident Qoşulmama Hərəkatının sədri kimi çıxışında dünyanı narahat edən problemlər, münaqişələr, koronavirus pandemiyası ilə mübarizə, BMT-də islahatların aparılmasının vacibliyini diqqətə çatdırdı”.

Sevinc Fətəliyeva bildirib ki, Azərbaycan dünyada böyük nüfuza sahib olan dövlətdir.

“Məhz bunun nəticəsidir ki, ölkəmiz 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının üzvü olub. Onun sözlərinə görə, hazırda BMT-də islahatların aparılması günün reallığıdır. Cənab Prezidentin qeyd etdiyi kimi, beynəlxalq hüquqa hörmət və bunu təmin etmək iqtidarında olan səmərəli qlobal təsisatlara ehtiyacı var. Bu baxımdan Qoşulmama Hərəkatının rolu mühüm əhəmiyyətə malikdir. Qoşulmama Hərəkatı BMT-nin rolunun gücləndirilməsinə çox böyük əhəmiyyət verir və onun potensialından tam istifadə olunması üçün səylərin göstərilməsini vacib hesab edir”.

“Cənab Prezident çıxışında qeyd etdi ki, BMT-nin gücləndirilməsi və müasirləşdirilməsi, Baş Assambleyanın canlandırılması, beynəlxalq sülh və təhlükəsizlik sahəsində təşkilatın demokratik, məsuliyyətli, şəffaf və təmsilçiliyi təmin edən orqana çevrilməsi üçün BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına çağırırıq. BMT universal üzvlüyü təmin edən yeganə qlobal təsisatdır və beləliklə də dayanıqlı inkişafa nail olunması məqsədilə qlobal iqtisadi idarəçiliyi əhatə etmək iqtidarındadır. Bu səbəbdən BMT-nin qlobal iqtisadi idarəçilikdə rolu gücləndirilməlidir”- deyən millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin belə bir mötəbər toplantıda Qoşulmama Hərəkatının adından çıxış etməsi Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzunun göstəricisidir.

Deputat deyib ki, dövlətimizin başçısı çıxışında BMT Nizamnaməsinə qoşulmaqla hər hansı bir ölkənin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşı güclə hədələməkdən və gücün tətbiqindən çəkinmək öhdəliyini xatırladıb. Lakin Ermənistan öz öhdəliklərini kobud şəkildə pozaraq Azərbaycana qarşı hərbi güc tətbiq edib. Belə ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal edib. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi isə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Amma işğalçı  Ermənistan hələ də bu qətnamələrə məhəl qoymamaqda davam edir.

Millət vəkilinin sözlərinə görə, dövlətimizin başçısı Ermənistan hakimiyyətinin təxribatçı bəyanatlarını, cəbhə xəttə xəttində gərginliyi artırdığını, işğal olunmuş ərazilərimizdə qanunsuz məskunlaşdırma siyasəti həyata keçirdiyini faktlarla sadalayıb. S.Fətəliyeva qeyd edib ki, Ermənistan bu davranışı ilə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli istiqamətində bütün imkanların üzərindən xətt çəkir: “Ermənistan bilərəkdən danışıqlar prosesindən imtina edir və regionda gərginliyi artırmağa çalışır. Dünya ictimaiyyəti, bütün beynəlxalq təşkilatlar və dövlətlər Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığı, Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsini pislədiyi halda indiyə qədər Ermənistan öz təxribatçı əməllərindən geri çəkilmir. Ermənistanın işğalçı olduğunu təsdiq edən kifayət qədər beynəlxalq sənəd var. Azərbaycanın mövqeyi bundan ibarətdir ki, münaqişə BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll olunmalı, ərazi bütövlüyümüz bərpa olunmalı və məcburi köçkünlər öz doğma yurdlarına qayıtmalıdırlar”.

1news.az

Paylaş:
700

Son xəbərlər

Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİBBu gün, 11:55Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23
Bütün xəbərlər