Deputatlığa namizəd Oruc İbrahimov: Mən burada doğulub böyümüşəm, mən sizdən biriyəm – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Müsahibə

Deputatlığa namizəd Oruc İbrahimov: Mən burada doğulub böyümüşəm, mən sizdən biriyəm – FOTO – VİDEO

11:20 - 27 / 01 / 2020
Deputatlığa namizəd Oruc İbrahimov: Mən burada doğulub böyümüşəm, mən sizdən biriyəm – FOTO – VİDEO

Nərimanov rayonundan deputatlığa namizəd Oruc İbrahimovla müsahibə.

Oruc İbrahimov 22 iyul 1986-cı ildə Bakıda anadan olub və elə buradaca Nərimanov rayonunda böyüyüb boya-başa çatıb.

Anası və qardaşı var. Orucun atası Cavanşir İbrahimov Azərbaycan Milli Ordusunun ilk könüllülərindən olub. Bir dəfə yaralanıb. Arxa cəbhədə müalicə aldıqdan sonra yenidən cəbhəyə yollanıb. 1992-ci ilin 26 yanvarında “Daşaltı əməliyyatı”nda şəhid olub.

Bütün ailəsi və qohumları kimi, millət vəkilliyinə namizəd də Nərimanov rayonu 77 saylı məktəbdə (Ankara liseyi) təhsil almışdır. O.İbrahimov hərbi xidmətini sərhəd qoşunlarında başa vurmuşdur, ali təhsilini isə Bakı Biznes Universitetinin Maliyyə və kredit fakültəsində almışdır.

Erkən yaşlarından idmana böyük həvəs göstərmiş – xüsusi olaraq əlbəyaxa döyüş üzrə iki kəmər (sarı və narıncı) qazanmışdır,  karate-do üzrə Azərbaycan çempionudur, həmçinin sambo və cüdoda fərqlənə bilmişdir.

Əmək fəaliyyətinə gəlincə, uzun müddət bank sahəsində müxtəlif vəzifələrdə çalışmış, peşəkarlığını ildən ilə artırmış və 2018-ci ildə departament direktoru vəzifəsinə qədər yüksələ bilmişdir.

Deputat olmaq qərarı və seçkiqabağı platforması haqda Oruc İbrahimov verdiyi müsahibəsində ətraflı danışıb:

- Necə oldu ki, bank işçisi Milli Məclisin deputatı olmaq qərarına gəldi? Sizi bu ciddi addımı atmağa nə sövq etd?

- Uzun zaman bank əməkdaşı olaraq bankın çoxlu sayda sosial layihələri ilə məşğul olurdum. Özüm bunu tam dərk etmədən sosial yönümlü tədbirlərə çoxlu vaxt və güc sərf edirdim.

Bu addımı atmağıma müəyyən təkan olan hadisə isə belə baş verdi: deməli, axşam evdə oturub televizor izləmək istədim və bu an ekranda möhtərəm Prezidentimiz İlham Əliyevin çıxışını gördüm. O, Vətənin sosial və siyasi həyatında iştirak etməyə hazır enerjili və iddialı gənclərə müraciət edirdi.

Bu fikirlə mən yatıb səhər oyandım və aydın şəkildə dərk etdim ki, deputat olmalıyam. Dövlət başçısının çağırışını ciddi qəbul etdim və parlament seçkilərində iştirak etmək qərarına gəldim. Həmin andan, sanki baş verən hər şey mənim bu niyyətimi möhkəmləndirirdi. Üstəlik, bütün məni tanıyanlar, dostlar, yaxınlar məni namizədliyimi irəli sürməyə sövq edirdilər. “Niyə sən yox?”, “Sən olmalısan!”, “Biz sənə inanırıq!” və s. deyirdilər. Onlar mənim Milli Məclisin deputatı olmaq qərarımın doğruluğunu bir daha təsdiqlədi.

- Yaxınlarınız, doğmalarınız, dostlarınız, işçiləriniz Sizin deputat olmaq istəyinizi necə qarşıladı?

 - Mənim həm bank sahəsində, həm idman aləmində dostlarım və tanıdıqlarım az deyil. Bir sözlə deyə bilərəm ki, onların dəstəyi mənim gözləntilərimi üstələdi. Fürsətdən istifadə edib, onların hər birinə bu dəstəyə və güvənə görə bir daha təşəkkürümü bildirmək istəyirəm. Siz məni ilhamlandırır və motivasiya edirsiniz.

- Seçkiqabağı kampaniyanız çərçivəsində Nərimanov rayonunun sakinləri ilə keçən görüşlərdən danışa bilərsiniz?

Növbədənkənar parlament seçkilərinə hazırlaşarkən seçki dairəm üzrə sakinlərlə görüşməyə başladım və artıq çoxlu sayda insanlarla görüşüb danışmışam. Diqqətlə dinləyib onları narahat edən çətinliklər və problemlərlə yaxından tanış oldum. Keçirilmiş görüşlər xatirimdə silinməz təəsüratlar yaratdı. İnsanları anlayaraq, onların problemlərini aşkara çıxarmağa və gələcəkdə işimi bu problemlərin hərtərəfli həlli yolunda davam etdirməyə qadir olduğuma əmin oldum. Bundan əlavə, potensial seçicilərlə görüşlərin çox vacib olduğunu dərk etdim.  Məhz bu söhbətlər əsnasında sakinlər mənə etiraf etdilər ki, bundan öncə seçkilərdə iştirak etmirdilər, lakin mənə səs verməyə hazırdılar. Düşünürəm ki, insanların etibarını qazana bilmişəm. Bir məqamı da vurğulamaq istərdim ki, namizədliyin qeydə alınması üçün zəruri minimal imza sayını cəmi 3 gün ərzində toplaya bildim.

Hansı evə girsəm, addım başı qarşılaşdığım insanlarla söhbət zamanı ailəmi tanıdıqları üzə çıxırdı. Kimsə yaxınlarımla bir məktəbdə oxuyub, kiminsə övladı hazırda mənim doğmalarımla təhsil alır və s. Ailəmin bizim bu rayonda digər ailələrlə bağlı olduğunu anladım. Görüşlər zamanı tez-tez sevimli anamın tələbələri ilə qarşılaşırdım. Bildiyiniz kimi, anam, Rəna İbrahimova Nərimanov rayonunda tanınmış musiqi pedaqoqudur. Onu tanıyan hər kəs çox sevir və hörmət edir, cünki özümü tanıyandan anam müxtəlif musiqi dərnəklərini təşkil edib, dərs almaq istəyənlərə təmənnasız musiqi dərsləri verib.

- Seçkiqabağı platformanız necədir – əsas məqamları haqda danışın zəhmət olmazsa.

- Platformamı əsas prinsiplərini qısaca təsvir edim:

- İnsanların yaşayış şəraitinin yaxşılaşdırılmasına töhfə verəcəm. Dövlətin gördüyü işlərin daha da məhsuldar və effektiv olmasına çalışacam. Korrupsiya və ədalətsizliyə qarşı mübarizədə ön sıralarda olacam.

- Doğma Nərimanov rayonumda yeni iş yerlərinin yaradılmasına çalışacam.

- Dairə ərazisində həyətlərin abadlaşdırıması üçün iş aparacam.

- Həmçinin dairəmdə uşaq oyun meydançaları və idman zonalarının yaradılması da diqqətimizdədir.

- Ərazidə peşə təhsilinə dəstək verməyə struktur işsizliyinin aradan qaldırılmasına dəstək göstərəcəm.

- Kiçik sahibkarların problemlərinin həllinə kömək göstərməyi öz borcum hesab edirəm. Onlar kimdi? Kiçik mağaza sahibləri, bərbərlər, avtoyuyucu və təmir işi görənlər, oyun salonları işlədənlər və digər. Hər birinin öz problemləri var və onların aradan qaldırımasında köməklik göstərməyə hazırlaşıram.

- Təhsil, səhiyyə, məhkəmə, vergi, bank və digər sahələrdə qanunvericilik təşəbbüsləriylə çıxış edəcəm. Bu, təkcə mənim dairəmə yox, bütün ölkəyə xitab edən bir məsələdir. İslahatlar getsə də, hər zaman daha da yaxşılaşmağa ehtiyac var.


- Sizcə, niyə Nərimanov rayonu sakinləri bu seçkilərdə məhz sizə səs verməlidirlər?

-Çünki mən gənc və enerjiliyəm. Həyatdımdakı hər nailiyyəti öz əməyim və savadım sayəsində qazanmışam deyə bilərəm. Mən burada doğulmuşam, bu xalqın içində yaşayıram. Bilirsiniz, vəd verməkdən çox işləməyə üstünlük verirəm və mənim əmək fəaliyyətim buna bir sübutdur.

19 saylı Nərimanov seçki dairəsinin seçicilərinə isə bunu demək istəyirəm: “Mən burada doğulub böyümüşəm, mən sizdən biriyəm. Sizdən olana dəstək olun!

-Milli Məclisi gələcəkdə necə görürsünüz?

- Yeni Milli Məclisdə gənc və iddialı gəncləri, qeyri-standart düşüncəli və enerji dolu insanları görürəm. İnanıram ki, burada çoxlu sayda yeni idealar və vacib, maraqlı, xeyirli layihələr həyata keçiriləcək.

1news.az

Paylaş:
3517

Sizin üçün xəbərlər

Son xəbərlər

Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29
Bütün xəbərlər